Rauf Əliyev rus klubuna keçir

26.06.2014 | 4016 dəfə oxunub


"Qəbələ"yə Avropa Liqasına vəsiqə qazandıran Yuri Syomin mövsümün sonunda əyalət təmsilçisindən ayrılaraq ölkəsinin "Mordoviya" klubuna başçılıq etmək qərarı aldı. Stadium.az xəbər verir ki, rusiyalı mütəxəssis Qəbələdən gedəndən sonra Azərbaycanda çıxış edən legioner futbolçularla yanaşı, yerli oyunçularımızı da yeni klubunun heyətinə cəlb etmək istəyir.

Yeni mövsümdə "Mordoviya" ilə avrokuboklara vəsiqə qazanmağı hədəfləyən Syomin artıq İbrahima Niasseni komandasına cəlb edib. Futbolçu ilə iki illik müqavilə də imzalanıb.

Bundan başqa təcrübəli mütəxəssis son mövsümü "Qəbələ"də keçirmiş Marat İzmaylovla yanaşı Lorenzo Ebesiliyonu da Saransk təmsilçisinin heyətinə cəlb etməyi düşünür. Syomin komandaya cəlb olunmasını istədiyi futbolçuların siyahısını artıq klub rəhbərliyinə təqdim edib. Rusiya mətbuatının yaydığı məlumata görə, çalışdırıcı millimizin və "Bakı"nın hücumçusu Rauf Əliyevi də komandasında görmək istəyir. Ancaq hələlik "Mordoviya" rəhbərliyi bununla bağlı heç bir açıqlama vermir (futbolinfo.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail