“Əgər o, bizə qarşı oynamaq istəyirsə, oynasın"

19.07.2011 | 4847 dəfə oxunub

"Simurq"la danışıqlara hələ mayda başlamışdıq. Amma konkret müzakirələrə bir müddət əvvəl start verdik". Stadium.Az xəbər verir ki, bu sözləri Zaqatalanın "Simurq" klubunun baş məşqçisi Sergey Yuran deyib.

 Tanınmış mütəxəssis bu gün keçirilən təqdimat mərasimində qarşıya qoyulan vəzifə haqda danışıb: "Qarşımıza ilk "altılığ"a düşmək vəzifəsi qoyulub. Bilirik ki, bu çox çətin olacaq. Çünki hazırlıqlara gec başlamışıq. Seleksiya işi lazımi səviyyədə aparılmayıb. Çalışacağıq ki, əsasən yerlilərə güvənək. Daha istedadlıları axtaracağıq".

 Yuran "Neftçi"nin baş məşqçisi Arif Əsədovun da cavabını verib. O, Zaqreb "Dinamo"suna 0:3 hesablı məğlubiyyətə görə cavab verərkən "1 ay məşq edib "Simurq" və "Turan"a qarşı oynayaram" deyən həmkarını meydanda görməyə hazırdır: "Əgər o, bizə qarşı oynamaq istəyirsə, oynasın. Bunda bir problem görmürəm. Lakin bir məsələ də var ki, sən məşqçisənsə, rəqibinə hörmət etməlisən və belə şeylər danışmamalısan".rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail