Murad Hüseynov: "İnanıram ki, “Qəbələ” bu il sözünü deyəcək"

19.07.2011 | 5343 dəfə oxunub

"Qəbələ"yə qış fasiləsində qoşulsa da, qısa zamanda heyətdə yerini möhkəmlədən gənc hücumçu Murad Hüseynov komandanın hazırlığında ən fəallardandı. Stadium.Az xəbər verir ki, Azərbaycanda Almaniya millisinin qapısından keçən yeganə qolun müəllifi kimi adı futbol tariximizə düşən Murad "Qəbələ"nin London hazırlığından çox şey gözləyir:

"Bu arada nənəm dünyasını dəyişdi. Buna görə də yay tətilini evdə oldum. Bu hadisə ilə əlaqədar olaraq, əslində, düz-əməlli dincələ də bilməmişəm. Həm də millinin oyunlarına görə komanda yoldaşlarımdan fərqli olaraq istirahətə gec yollandım. Fərdi proqramla Mahaçqalada məşq etdiyimdən Qəbələdəki məşqlərdə mənə çətin olmadı. Məşqlər zamanı testdən də keçdik. Nəticələrə görə, hazırlıq səviyyəm yaxşıdı. Çempionat oyunlarına yarım ay qalır. O vaxta kimi, formamı optimal həddə çatdıracağam. Komandamız yaxşı, səviyyəli futbolçularla güclənib. Məşqlərdən də hiss olunur ki, mübariz komanda formalaşdırılır. İnanıram ki, "Qəbələ" bu il sözünü deyəcək. Londonda 7 gün ərzində 5 oyun keçirməliyik. Bu, sırf Avropa səviyyəli hazırlıq olacaq".rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail