“Ludoqorets” klubu “Sumqayıt Şəhər”lə oynamaq məcburiyyətində qalmaqlarından narazıdır

19.07.2011 | 6848 dəfə oxunub

Yoldaşlıq oyununda Azərbaycan Premyer Liqasının təmsilçisi "Sumqayıt Şəhər"lə qarşılaşan Bolqarıstanın "Ludoqorets" (Razqrad) klubu FİFA-ya şikayət edəcək. Stadium.Az xəbər verir ki, sumqayıtlılara 4:1 hesabı ilə qalib gələn bolqarlar təmsilçimizlə oynamaq məcburiyyətində qalmaqlarından narazıdır.

Məsələ ondadır ki, Razqrad klubu oyun günü Qətərin "Əl-Əhli" komandası ilə qarşılaşmalı idi. Lakin İspaniya "Barselona"sının baş məşqçisi Xosep Qvardiolanın futbolçu karyerasının son illərini keçirdiyi ərəb klubu bu görüşdən imtina edib.

Hərçənd yoxlama oyunu ilə bağlı tərəflər arasında rəsmi razılaşma olubmuş. İndi bu sənədlə FİFA-nın üstünə qaçan bolqarlar qətərlilərin layiqli cəzasını almasını istəyir.

Düzdür, sınaqçı rəqibin imtinasına görə çətin vəziyyətə düşünən Razqrad təmsilçisi bu boşluğu tezliklə aradan qaldırıb. Bu da "Sumqayıt Şəhər" sayəsində mümkün olub. Qvardiolanın sabiq komandasının imtinası həmyerlilərimizin yolunu açıb. Lakin razqradlılar onlara "atan" ərəbləri bağışlamaq fikrində deyillər.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail