Türk futbolçular Azərbaycanda legioner sayılmayacaq!

02.07.2014 | 3171 dəfə oxunub

Peşəkar Futbol Liqası (PFL) daha bir yeniliyə imza atmağa yaxındı. Stadium.az xəbər verir ki, bu barədə PFL prezidenti Ramin Musayev məlumat verib.
 
O bildirib ki, azərbaycanlı futbolçuların Türkiyə Super Liqasında çıxış etməsi üçün yaxşı imkan yaranıb: “Hazırda bu istiqamətdə AFFA, Peşəkar Futbol Liqası və Türkiyə Futbol Federasiyası nümayəndələri arasında danışıqlar gedir. Əgər danışıqlar müsbət yekunlaşarsa, türkiyəli futbolçular Azərbaycan çempionatında, azərbaycanlı futbolçular isə Türkiyə Super Liqasında oynayacağı təqdirdə legioner statusu daşımayacaqlar”.
 
PFL rəhbəri bu məsələnin yaxın günlərdə müsbət sonluğa doğru yekunlaşacağına inandığını vurğulayıb: “Tərəflər arasında protokol bağlanılacağı halda, anlaşmanın şərtləri cari mövsümə tətbiq olunacaq”.
 
Xatırladaq ki, təxminən 10 ildi Türkiyə çempionatında azərbaycanlı futbolçulara güzəşt tətbiq edilir. Lakin bu, indiyədək yalnız I liqa klubları üçün keçərlidi.
 
I dəstədə mübarizə aparan hər klubun heyətində türkdilli ölkələrdən (Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan) olan 2 futbolçu legioner statusu daşımır. (apasport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail