"Xəzər Lənkəran" bolqar qapıçı transfer edir

02.07.2014 | 3480 dəfə oxunub

Ötən mövsüm qapı xəttində yaşanan problemlərdən dərs götürən "Xəzər Lənkəran" bu boşluğu adlı-sanlı oyunçu ilə aradan qaldırmaq istəyir.

Stadium.az xəbər verir ki, "ağ-yaşıllar" Bolqarıstan millisinin əsas qapıçısı Vladislav Stoyanovu heyətinə qatır.

Ötən mövsüm heç bir işə yaramayan Vyakeslav Tomiçin gedişindən sonra qapıçıə axtarışına çıxan cənub təmsilçisi hazırda "Ludoqorets"də forma geyən 27 yaşlı qolkiperlə danışıq aparır. Tərəflər ortaq məxrəcə gələ bilsələr, Stoyanov yeni mövsümdən XL forması geyinəcək.

Qeyd edək ki, Vladislav peşəkar karyerasına 2004-cü ildə "Naftex Burqas"da başlayıb. Mövsümün ikinci yarısını isə icarə əsasında "Pomorie"də keçirib. 2006-10-cu illərdə ölkəsində "Çernomorets Burqas"ın şərəfini qoruyan Stoyanov növbəti iki ildə legioner həyatı yaşayıb. O, bu müddət ərzində Moldova "Şerif"inin qapısını qoruyub. 2013-cü ildən isə "Ludoqorets"də çıxış edir.

2010-cu ildən Bolqarıstan yığmasına dəvət alan qapıçı 11 dəfə milli formanı geyinib.

sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail