"İnter" müdafiədən oynayır"

02.07.2014 | 2765 dəfə oxunub

“İlk oyunla bağlı demək istərdim ki, çox yaxşı görüş olacaq. Biz ilk dəqiqələrdən böyük üstünlüyə yiyələnməyə çalışacağıq. İlk matçı evdə oynayırıq və müsbət nəticəyə nail olmalıyıq”. Stadium.az xəbər verir ki, bunu Moldovanın “Tiraspol” klubunun yeni transferi Georgi Boqyu deyib.

 2011/12 mövsümündə AZAL-ın hücumçusu olmuş Georgi Boqyu bu gün “Tiraspol”un keçirdiyi mətbuat konfransında “İnter”lə Avroliqa görüşü haqqında danışıb. 32 yaşlı hücumçuya ənənəvi olaraq, Azərbaycan və Moldova çempionatını müqayisə etmək və “İnter”in hansı üslubda oynaması haqda sual verilib.

 Boqyu “İnter”in müdafiədən oynadıqlarını bildirib: “Deməzdim ki, Azərbaycan çempionatı bizdən güclü fərqlənir. Hər bir çempionatda fərqli komandalar var. Çox müdafiə olunanları da, topla oynamağı sevənləri də və daha çox arxadan oynayanları da var. Xatırladığım və bildiyim qədəri ilə, “İnter” müdafiədən oynayır. Biz sadəcə, bütün komanda ilə onların oyununu araşdırmışıq, vəssalam”.

 Qeyd edək ki, Georgi Boqyu AZAL-da oynadığı müddətdə 27 oyuna 5 qol vurub. O, sonrakı 2 mövsümü Moldovanın “Milsami” klubunda keçirmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail