Yaşar Seyidov: "Qəbələ" uduzdu, buna deyirsiz iddialı?" MÜSAHİBƏ

05.07.2014 | 3758 dəfə oxunub

"Bakı" klubunun icraçı-direktoru Yaşar Seyidovun müsahibəsi. -

- Yaşar müəllim, artıq Əfran və Raufla yollarınızı ayırmaq üzrəsiz. İddialı klubların transfer etdikləri bir vaxtda, siz aparıcı futbolçuları göndərirsiz. Deyəsən vəziyyət artıq pik həddinə çatıb.

Bildiyiniz kimi bu aralar maliyyə məsələsində sıxıntımız var. Bu hər klubun başına gələ bilər. Rauf və Əfranın, eləcə də Cavidin getməsinə səbəb klubdakı məlum durumumuzdu. Açığı Rauf və Əfranla bağlı məsələ sabaha kimi həllini tapmalıdı. Yəni, onlarla qarşılıqlı şəkildə yollarımızı ayıracağıq. Baxmayaraq ki, bizim klubdan gedəcəklər, onların da bu durumunu başa düşmək lazımdı. 

- Belə başa düşdüm ki, siz hər iki futbolçuyla qarşılıqlı razılıq əsasında yolları ayırırsız?

Bəli,. Onların fikirlərinə hörmət edirik. Vəziyyətin bu həddə gəlməsi bizi də sevindirmir. Ancaq onblar milli komandamızın üzvləridi, başa düşmək lazımdı.

-  Raufun "Bakı"yla hələ 1 illik müqaviləsi var. Bir halda ki, Raufla yolları ayırırsız, niyə onu "Xəzər Lənkəran"a satmaqla qazanc əldə etmək istəmirsiz?

Bilirsiz necədi, bu məsələ klub və futbolçu arasında həll olunub. Yəni, biz onu satmayacağıq. Qarşılıqlı şəkildə müqaviləyə xitam veriləcək. İndi elə şeylər var deyə bilmirəm.

- Bu transferdən "Bakı" qazanacaqdı.  Ancaq siz tamam başqa yola əl atırsız. Səbəb nədi?

Yenə deyirəm, bu məsələ futbolçuyla aramızda həll olunub. Bunu deyə bilmərəm.

- Klubun dağılacağı ilə bağlı xəbərlər dolaşır. Bu nə dərəcədə realdı?

Biz hər gün məşqimizi edirik. Bu cür infrastrukturu olan bir klub sizcə dağılarmı?

- Hər gün bir futbolçu göndərilir "Bakı"dan. O zaman çempionatda qalsaz iddiasız "Bakı" görəcəyik. Hər halda gedişat bunu göstərir...

İddiasız deyəndə ki, bu ilə kimi "Bakı" həmişə iddialı olub və bu hər zaman da belə olacaq. Sizi inandırıram ki, biz bu gənc yerli futbolçularla da avrokubolara qatıla bilərik. Bugünə kimi iddialı olubneynıəmişik? Və ya digər klublarımız... İndiyə kimi bircə "Neftçi" qrup mərhələsinə üşməklə 3 xal qazanıb, vəssalam. Bundan artıq nə olub ki? Özünüz gördünüz ki, ən bahalı transferləri edən "Qəbələ" Avroliqada özündən qiymətcə ucuzkomandaya uduzdu. Hər cür şəraiti olan komanda ən bahalı legionerləri olsa da bir şey edə bilmədi. Buna deyirsiz iddialı? Yəni, içi biz qarışıq, iddialı komanda sözünü Avropada da deməlidi.

- Gənc yerli oyunçularla mübarizə aparacağınızı dediniz. Belə başa düşdüm ki, "Bakı" ikinci "Sumqayıt" kimi Premyer Liqada mübarizə aparacaq?

Baxın, bugunə kimi biz xeyli sayda tanınmış futbolçular gətirmişik. Bahalı transferlər etmişik. Nəticəsi nə olub? Heç nə.. Ona görə də indiki vəziyyət bizim lehimizədi. Yerli oyunçularla mübarizə aparıb, Azərbaycan futboluna, milli komadamıza futbolçu verəcəyik. İnanın mənə, yaxın illərdə "Bakı" futbol klubu milli komandamız üçün ən yaxşı futbolçular yetişdirəcək.


idmanxeber.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail