"Neftçi"nin çempionluğu Güloğlan Cabbarovla getdi" MÜSAHİBƏ

08.07.2014 | 7753 dəfə oxunub

Azərbaycan millisinin hücumçusu Ramal Hüseynovun Stadium.az saytına müsahibəsi: 

- "Araz Naxçıvan”a keçidin gündəmə gəlib. Artıq rəsmi müqavilə imzalanıb?
- Demək olar ki, “Araz Naxçıvan”dayam.

- Necə gəldi təklif? Yəqin ki, Əsgər Abdullayev özü səni komandada görmək istədi...
- Bəli, Əsgər müəllim sağolsun məni komandasına dəvət etdi. Həmişə mənə kömək olub. Mən də gəldim “Araz Naxçıvan”a. İnşallah əlimdən gələni edəcəm ki, komandaya kömək olum. Əsgər Abdullayevin inamını yerə vurmaram.

- "Araz Naxçıvan”dan əvvəl “Neftçi”yə keçidin baş tuta bilərdi. Ancaq nədənsə, alınmadı. Nə baş verdi?
- Bir məsəl var e, yetimə gəl-gəl deyən çox olur. Mən “Bucaspor” kimi komandanı bir şəxsin sözünə görə atdım, gəldim. Çünki inandım ki, dediyi sözün üstündə dayanacaq. Elə tanıyırdım həmin şəxsi. Özü bilir mən kimi deyirəm. Mən ona bütün problemi danışdım. Düz 2 saat danışdıq. Dedi narahat olma, sən “Bucaspor”la müqaviləni poz gəl burdasan. Mən də gəldim. Amma verilən söz tutulmadı. Mən yenə də onun adını demək istəmmirəm. Amma vaxt gələcək deyəcəm.

- Böyükağa Hacıyev səni komandada görmək istəmirdi?
- Böyükağa Hacıyev “Neftçi”də nə rol oynayır mən hələ də anlamıram.

- Söhbət “Neftçi”dən açılmışkən bir sual da verim. Səncə komanda niyə çempion ola bilmədi?
Bunun bir səbəbi var. Güloğlan Cabbarov komandada olanda, işləri yağ kimi gedirdi. Neçə il kimin hesabına çempion oldular? Əlbəttə ki, Güloğlanın. Liqada da mərhələ adladılar. Vallah bunu hamı bilir ki, Güloğlan sayəsində olub hər şey. O, “Neftçi”dən gedən kimi hər şey dəyişdi. İlk növbədə nizam-intizam dağıldı. Sonra da çempion ola bilmədilər. Gəlin düz danışaq, Böyükağa “Neftçi”yə necə kömək ola bilər ki, əgər bu adam məşqçi keçə bilmir. O, artıq futboldan getməlidi. Həm məşqçiliyi, həm də sağlamlığı buna imkan vermir. Mən Ramal Hüseynov həmişə düzünü danışmışam deyə məni sevmirlər, istəmirlər. Bu il “Neftçi”ni çempion eləsə şəxsən mən özüm onu təbrik edəcəm. Amma “Neftçi”nin çempionluğu Güloğlanla bərabər getdi. Bunu qəbul etməsələr də faktdı. Millətin gözü tərəzidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail