"Azərbaycanda çıxış edən hücumçuların oyunu maraqlandırır" MÜSAHİBƏ

08.07.2014 | 3204 dəfə oxunub

AZAL klubunun yeni transferi moldovalı Stanislav Namaşka ölkəsinin mətbuatına müsahibə verib.

- AZAL-a keçidin necə alındı?

- Menecerim mənə AZAL-a keçmək variantımın olduğunu bildirəndə, bu komanda haqda məlumatım yox idi. Daha sonra Bakıya getdim, klubun infrastrukturunu gördüm və məşq prosesini izlədim. Bu, məni heyran etdi. Bakıda insanlar qonaqpərvərdirlər. Şəhərdə tikinti işləri davam edir. Ümumilikdə, şübhəm qalmadı.

- Azərbaycan Premyer Liqası ilə Moldova çempionatını necə müqayisə edərdin?

- İki ölkənin çempionatını müqayisə etmək mənə çətindir. Çünki Azərbaycan Premyer Liqasında hələ rəsmi oyuna çıxmamışam. Sadəcə, yoldaşlıq görüşündə oynamışam. "İnter" və "Qəbələ"nin Avropa Liqasındakı ilk oyunlarını izlədim. Özüm üçün müəyyən nəticələr çıxarmışam. Bir qapıçı kimi məni ilk növbədə Azərbaycanda çıxış edən hücumçuların oyunu maraqlandırır. Yeni mövsümün startına qədər lazımi məlumatları toplayacağam.

- Azərbaycanlı həmkarların haqda nə deyə bilərsən?

- Azərbaycanlı qapıçıların zəif olduğunu düşünmürəm. Çünki Azərbaycan Premyer Liqası güclü çempionatdır. Ancaq yenə deyirəm, mən hələ rəsmi oyuna çıxmadığımdan bu barədə danışa bilmərəm. Azərbaycanlı qolkiperlərdən kimi tanıyıram? Kamran Ağayevi. O, Azərbaycanın bir nömrəli qapıçısıdır. 4 il bundan öncə yığmamızla yoldaşlıq görüşündə Azərbaycan millisinin qapısını məhz Kamran qoruyurdu. Onu həmçinin Avroliqanın ilk oyununda "Qəbələ"nin heyətində gördüm.

- AZAL-ın qarşıdakı mövsüm üçün hədəfləri nədir?

- Klub rəhbərliyinin gələcəklə bağlı böyük planları var. Hazırda uğurlu çıxış etmək üçün yeni komanda qurulur. Komanda yeni mövsümdə layiqli oyun nümayiş etdirəcək və yüksək yerlər uğrunda mübarizə aparacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail