Hafiz Hacıyev: “Maması, xalası göyçəklər qabağa gedir, o biriləri isə ...” MÜSAHİBƏ

09.07.2014 | 2961 dəfə oxunub

Braziliyada keçirilən dünya çempionatı peşəsindən aslı olmayaraq hər kəsi ağuşuna alıb. Siaysətçilər də fürsətdən istifadə edib siyasi açıqlamalar yox, futbolla bağlı proqnozlar verirlər. Müasir Müsavat partiyasının sədri Hafız Hacıyev də çılğın futbol azarkeşi kimi tanınır. Partiya sədri ilk yarımfinal qarşılaşmasından öncə müsahibə verib. Maraqlı olduğunu nəzərə alıb oxucularımıza təqdim edirik.

Manitora yaxın əyləşin, danışır Hafiz Hacıyev...

- Hafiz müəllim, dünya çempionatı artıq yarımfinal mərhələsindədir. Sizcə bu mərhələdə şanslar necədi?

- Məni maraqlandıran Braziliya komandasıdır. Braziliya da yarımfinalda güclü komanda ilə oynayacaq. Oyun gec başlasa da, baxacağıq. Düzü dünya çempionatında müsəlman ölkələrinin komandalarının daha çox olmasını istəyirəm.

- İran çıxış edirdi,  amma qrupdan çıxa bilmədi.

- İranın dünya çempionatında çıxış etməsinin özü də müsəlman dövlətləri üçün müsbət hal idi. Onların heyətində  cənubi azərbaycanlılar da çoxdur.

- Amma onların heyətində  erməni futbolçu da var idi.

- Elə onları uduzduran da o erməni oldu da... Gərək iranlılar əvvəlcədən hamısını ölçüb-biçəydilər.  Axı o ermənilər həmişə arxadan zərbə vururlar.

- Hafiz müəllim, bəs sizi hansı komandaların oyunu qane etmədi?

 - İspaniya, Portuqaliya, İtaliya... Azarkeşlər onlardan başqa oyun gözləyirdilər. Amma alınmadı. Bunlar da həm təəssüfləndirən, həm də təəccübləndirən məsələlərdi. Amma hələ ki, mənim azarkeşlik etdiyim komanda uğurlu çıxış edir.

- Kosta Rika kiçik dövlətdir. Bu komanda 1/4 finala qədər irəlilədi, çempionatı məğlub olmadan tərk etdi. Hollandiya onları yalnız penalti seriyasında mübarizədən uzaqlaşdıra bildi.

- Baxmışam o komandanın oyununa. Bilirsiz necədir? Elə komandalar var ki sürpriz edirlər.

- Bəlkə  Kosta Rikanın baş məşqçisini Berti Foqtsun yerinə gətirək?  Onda biz də dünya çempionatına gedə bilərik?

- Bizə kimi də gətirsələr xeyri yoxdu. Çünki  bizdə sifarişlə oynadılan futbolçular var ha, onların sayəsində mümkün deyil. “Filankəsin qızının oğlu oynasın, filan xanımın oğulu çıxsın meydana” bunlar olduqca mümkün deyil. Təəssüf ki, bu sifarişlər bizim idmanımıza da sirayət edib. Bu da çox üzücü durumdur. Bizdə yaxşı oyunçular var, onlarla səviyyəli komanda qurmaq olar. Nə etmək olar, onları oyuna buraxmırlar, maması, xalası göyçəklər irəli gedir, güclülər qalır arxada.Bu heyətlə nə isə qazanmağımız mümkün deyil. Özümüzü  yormayaq.  Azərbaycan futbolunu pis günə qoyublar. Dövlətin ayırdığı milyonlarla vəsaiti  göyə sovurublar.  Onun kökü başqa yerə gedib çıxır. Qalsın sonraya, bunu bu gün araşdırmayaq. Adam danışanda da, danışmayanda da ürəyi ağrıyır.

 publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail