"Araz Abdullayev Bundesliqada rahatlıqla oynayar" MÜSAHİBƏ

09.07.2014 | 3545 dəfə oxunub

Almaniyanın "Dinamo" (Drezden) klubunun hücumçusu Silvano Komvaliusun müsahibə verib:

- "Neftçi" ilə yoxlama oyunu barədə (2:1) nə deyə bilərsiz?
- Çox yaxşı oyun oldu. "Neftçi" ilə matç bizə çox şey öyrətdi. Yaxşı test idi.

- Hesabı "Neftçi" açsa da, qələbə sizə qismət oldu. Hansı komanda daha yaxşı idi?
- Mən düzünü deyəcəm. Qələbə bizimləydi. Amma sərgilədiyimiz futbol o qədər də yaxşı deyildi. Deməzdim ki, biz həmin oyunda qələbəyə layiq idik.

- Bəs qələbəni nəyin sayəsində qazandız?
- "Neftçi"nin müdafiəsindəki səhvlərdən yararlandıq. Komandanızın yaxşı yarımmüdafiə, hücum xətti, güclü qapıçısı var. Amma müdafiəçilər hərdən səhvə yol verirlər. Mənə elə gəlir ki, "Neftçi" müdafiəsini gücləndirməlidi.

- "Neftçi"nin futbolçularından hansı yadınızda qaldı?
- 7 nömrə (Araz Abdullayevi nəzərdə tutur - red.). O, ispandı, ya latın amerikalı?

- Xeyr, azərbaycanlı futbolçudu?
- Doğrudan? Bilmirdim. Onun əla sol ayağı var. Azərbaycanda belə futbolçu olduğunu bilməzdim. O, rahatlıqla Almaniya Bundesliqasında çıxış edə bilər.

- Bəs "Neftçi"nin Avropa Liqasındakı şansları barədə nə deyə bilərsiz?
- Bizə qarşı yaxşı oynadılar. Əgər elə oynasalar, müdafiədə az səhv buraxsalar, qrup mərhələsinə vəsiqə qazana bilərlər. Mən də "Neftçi"də oynamaq istərdim. Çox yaxşı kollektivi var. (azerisport.com)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail