"Növbəti mərhələyə çıxmaq şansımız olacaq"

09.07.2014 | 2617 dəfə oxunub

"Qəbələ"nin baş məşçqisi Dorinel Muntyanu Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovina "Şiroki Briyeq"i ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, rumıniyalı mütəxəssis öncə bunları dilə gətirib:

"İlk oyunda 2 cavabsız qolla uduzduğumuza görə, hazırda cütün favoriti "Şiroki Briyeq"di. Amma qeyd etməliyəm ki, bosniyalıların hər iki qolu bizim öz səhvlərimiz nəticəsində vuruldu. Buna baxmayaraq, sabah biz sona qədər mübarizə aparmağa çalışacağıq. Bir qədər qəribə də səslənsə, deməliyəm ki, növbəti mərhələyə vəsiqə qazanmağa cəhd göstərəcəyik".

Muntyanu ilk oyunda buraxılan səhvlərdən də danışıb: "İlk oyunu yaxşı analiz etmişik. Özüm üçün belə nəticə çıxardım ki, məğlubiyyətin günahkarı özümüzük. Həmin səhvləri bir daha təkrarlamamalıyıq. Əgər bunu bacarsaq, növbəti mərhələyə çıxmaq şansımız olacaq. İtiriləsi heç nəyimiz yoxdu. Buna görə də hücum haqda daha çox düşünəcəyik".

"Qəbələ"nin çalışdırıcısı rəqib komandanı da dəyərləndirib: "Rəqibimiz yaxşı təşkilatlanmış komandadı. Amma "Şiroki Briyeq"in heyətində kimisə xüsusi fərqləndirmək istəməzdim. Onların hansı futbolçusunu "Qəbələ"də görmək istərdim? Bir daha qeyd edirəm ki, Bosniya təmsilçisi yaxşı komandadı və heyətində kimisə fərqləndirmək düzgün olmazdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail