"Biz maksimum nəticəyə köklənməliyik"

09.07.2014 | 2411 dəfə oxunub

“Biz sabah yalnız mərhələ keçmək yox, qələbə qazanmaq da istəyirik! Ancaq bunun üçün tələsməyəcəyik”. Stadium.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunun baş məşqçisi Slaven Musa deyib.

Avroliqanın I təsnifat mərhələsinin cavab görüşü olan “Şiroki Briyeq” – “Qəbələ” matçından əvvəl meydan sahiblərinin baş məşqçisi Slaven Musa və yarımmüdafiəçisi Dino Çoriç “Petsara” stadionunun mətbuat konfransında bosniyalı jurnalistlərin suallarını cavablandırıb.

İstənilən heç-heçə “Şiroki Briyeq”i qane etsə də, Musa Qəbələdə olduğu kimi, bu dəfə də qələbəyə kökləndiklərini bildirib: “Şiroki Briyeq”in Avropa təcrübəsi “Qəbələ”dən çoxdur. Bu, meydanda özünü göstərir. Komandalar arasında fərq var. Biz bunu Azərbaycandakı ilk matçda gördük. Əlbəttə ki, biz maksimum nəticəyə köklənməliyik. Məqsədimiz Avroliqanın II təsnifat mərhələsinə vəsiqə qazanmaqdır”.

“Şiroki Briyeq”in “7” nömrəsi olan Çoriç isə Qəbələdə qalan yarımçıq işlərini sabah tamamlamaq istədiklərini qeyd edib: “Bizim Azərbaycandan yarımçıq qalan işimiz var. İşimizin qalan yarısını sabah “Petsara”da yerinə yetirəcəyik. Əgər biz ilk matçın ikinci hissəsindəki kimi oynasaq və işimizə düzgün yanaşsaq, növbəti mərhələyə keçəcəyimiz istisna deyil”. Qeyd edək ki, bu matç Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail