"Makkabi"ni məğlub edib, növbəti mərhələyə keçmək olar"

20.07.2011 | 3506 dəfə oxunub

"Artıq "Makkabi"ni yaxşı tanıyırıq. İlk oyundan sonra rəqibin bacarığını və zəif nöqtələrini bilirik". Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycanı Avroliqada təmsil edən "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik bu gün Lənkəranda keçirdiyi mətbuat konfransında deyib. 

II təsnifat mərhələsində Təl-Əvivdə "Makkabi"yə 1:3 hesabı ilə uduzan Lənkəran təmsilçisi sabah öz meydanında cavab görüşünə çıxacaq.

 
Rednik qol vurmağın vacibliyini söyləyib: "Makkabi"nin heyətində bəstəboy, bizdə isə ucaboylu futbolçuların olması standart vəziyyətlərdə üstünlüyümüzdür. Ancaq bu, ümumi qələbəmiz üçün yetməyə bilər. Ona görə yalnız standart vəziyyətlərə bel bağlamayacağıq. Biz növbəti mərhələyə keçmək istəyiriksə, 2 qol vurmalıyıq. Bununla yanaşı, qol buraxmamağımız vacibdir. Cavab görüşünə start heyəti müəyyənləşdirmişəm. Onu dəqiq deyə bilərəm ki, İsraildəki oyunla müqayisədə 2 dəyişiklik olacaq".

Rəqibin güclü olmasını qeyd edən Rednik azarkeşləri qələbə sevindirməyə çalışacaqlarını deyib: "Şanslar haqda danışmaq çətindir. Ancaq bu, var və sona kimi mübarizə aparacağıq. Əsas məsələ futbolçularımızın qələbəyə inamıdır. Azarkeşlərimizin bizə inandığına yüz faiz əminəm. Onu da yaxşı bilirəm ki, oyunda anşlaq olacaq və bu, əlavə üstünlüyümüzdür. Ancaq realist olmaq lazımdır. "Makkabi" çox güclü komandadır. Ancaq onu məğlub edib, növbəti mərhələyə keçmək olar. Azarkeşlərimizin dəstəyi altında ilk dəqiqələrdən hücuma atılıb, qalib gəlməyə çalışacağıq. İnanıram ki, növbəti mərhələ keçən biz olacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail