AZAL birinci divizion klubuna uduzdu

11.07.2014 | 4538 dəfə oxunub

Yeni mövsümə hazırlıqlarını davam etdirən AZAL Bakı toplanışı çərçivəsində üçüncü oyununu keçirib. Stadium.Az xəbər verir ki, "təyyarəçilər" bu gün “AZAL Arena”da I divizion təmsilçisi “Neftçala” ilə qarşılaşıb.

 Baş məşqçi Tərlan Əhmədovun əsasən düşərgədə olan bütün yeni futbolçuları sınamaq istədiyi görüş gərgin idman mübarizəsi şəraitində keçib. Ancaq komanda 2 top buraxdıqdan sonra yalnız fərqi azaltmağa müəssər olub: 53-cü dəqiqədə Təmkinin ötürməsini Aydın dəqiq tamamlayıb. Belədə məğlubiyyətdən qaçmaq mümkün olmayıb.

 AZAL oyuna bu heyətlə çıxıb: Stanislav Namaşko (Ruslan Məcidov, 46), Novruz Məmmədov (Eltun Yaqublu, 65), Tural Nərimanov, Asif Mirili (Kərim Diniyev, 58), Xuan Fransisko Martines (Şəhriyar Rəhimov, 46), Valeri Kutsenko, Valid Xadraui (Orxan Lalayev, 36), Hüseyn Mehrəzman (Elmin Çobanov, 36), Aydın Qasımov, Təmkin Xəlilzadə, Vladislav Çeçelenko (Viktor İbekoyi, 36).

 Qeyd edək ki, bundan öncə Azərbaycan tələbələr yığması (3:0) və “Rəvan” (3:0) ilə qarşılaşan komanda Bakı toplanışı çərçivəsində sonuncu oyununu iyulun 13-də keçirəcək. Bu görüşdəki sparrinq-rəqib hələ dəqiqləşməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail