Berti Foqts: "Almaniyanın Braziliyanı məğlub edəcəyini bilirdim"

11.07.2014 | 3147 dəfə oxunub

"Almaniyanın Braziliya üzərində qələbəsi yox, oyunda qeydə alınan hesab təəccüblü oldu. Mən Almaniya və ya digər Avropa komandasının Braziliyanı məğlub edəcəyini bilirdim. Oyundan öncə 4:1 hesabını proqnoz versəydim, mənim dəli olduğumu düşünərdilər".  Stadium.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibəsində deyib.

Almaniya yığmasının "DÇ-2014"ün yarımfinalında Braziliyanı 7:1 hesabı ilə darmadağın etməsinə münasibət bildirən 67 yaşlı mütəxəssis bu haqda belə deyib: "Braziliya belə hesabla uduzduğu üçün məyus oldum. Çünki bu komanda hər zaman dünya çempionatlarında yaxşı oyunu ilə seçilib. Lakin Almaniya da güclü komandadır. Yoahim Löv rəqibi yaxşı analiz etmişdi və onun komandası taktiki cəhətdən oyuna hazır idi. Bu da özünü oyunun nəticəsində göstərdi".

Hollandiya millisinin "DÇ-2014"ün finalına yüksələ bilməməsinə toxunan almaniyalı mütəxəssis "narıncılar"ın problemlərindən danışıb: "Almaniya finalda Hollandiya ilə qarşılaşsaydı, daha yaxşı olardı. Lakin onları, Aryen Robbeni, Robin van Persini yaxşı tanıyırıq. Hollandiya millisinin problemi ondadır ki, bu komandanın çox az futbolçusu böyük klublarda oynayır".

ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmanın məsləhətçisi kimi Braziliyada keçirilən dünya çempionatına yollanan Berti Foqts millimizin "Avro-2016"nın seçmə mərhələsindəki rəqibləri haqda da danışıb: "Azərbaycan millisi ilə müqaviləm var. Komandamı "Avro-2016"nın seçmə mərhələsinə hazırlamalıyam. İlk oyunumuz Bolqarıstana qarşı olacaq. Sonra İtaliya və Xorvatiya ilə qarşılaşacağıq. Bunlar asan rəqiblərdir (gülür). Bunu siz də görəcəksiniz".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail