"Neftçi" "Koper"i keçmək üçün əlindən gələni edəcək" MÜSAHİBƏ

12.07.2014 | 4409 dəfə oxunub

"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin müsahibəsi

- Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibiniz Sloveniya "Koper"i oldu. Bu komanda barədə nə deyə bilərsiz?
- Onların Monteneqro "Koper"inə səfərdə beş cavabsız qol vurmaları çox şeydən xəbər verir.

- Geniş məlumatınız yoxdu?
- Hələ ki, yox. Amma mütləq bu komandanı yaxından analiz edəcəyik. Hər rəqibi xüsusi öyrənirik.

- "Neftçi"ni cütün favoriti hesab edirsiz?
- Proqnoz verməyi sevmirəm. Çoxları elə düşünə bilər ki, "Neftçi" bu komandanı asanlıqla keçəcək. Amma bu, qətiyyən belə deyil.

- Niyə belə düşünürsüz?
- Çünki "Koper"in çox yaxşı heyəti var.

- Yoxlama matçlarında komandanızın hansı zəif cəhətlərinin olduğunu müəyyənləşdirə bildiz?
- Bəli. Onların üzərində işləməyimiz lazımdı. Bu yolla da irəliləyirik.

- Ötən mövsüm komandanız Çempionlar Liqasında fiasko ilə üzləşdi. Komanda üzvləri bu mövsüm Avroliqada da eyni aqibətin qəbuledilməz olacağını anlayır?
- Əlbəttə. Allah eləsin ki, elə bir uğursuzluq yaşamayaq.

- Yoxlama oyunlarında müdafiə xəttiniz niyə inamlı təsir bağışlamırdı?
- Bunlar sadəcə, yoxlama oyunları idi. Biz öz səhvlərimizi başa düşdük. Çalışacağıq ki, onları növbəti oyunlarda təkrarlamayaq. Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. azerisport.com




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail