Azərbaycanlı boksçu məşq yoldaşların GÜLLƏLƏDİ

15.07.2014 | 2704 dəfə oxunub

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, iyulun 12-də, gecə saat 04.00-da Biləcəri qəsəbəsi, “Meydan” kimi məşhur olan ərazidə boks idmanı növü  ilə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib.

Stadium.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Samur Həsənov mübahisə nəticəsində 1981-ci il təvəllüdlü Fərid Həsənov və onun qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar Həsənovu vurub. Samur Həsənov öncə Fərid Həsənovu boynundan tapança ilə güllələyib. Daha sonra qardaşı Şəhriyar Həsənovu qarnından bıçaqlayıb.

Güllələnən qardaş hadisə yerində keçinib. Şəhriyar Həsənov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Samur Həsənov tutulub.

Hər üç hadisə iştirakçısı boksla məşğul olurmuş. Onlar Biləcəri meydanındakı idman zalında məşq edirmişlər. Deyilənlərə görə, qardaşlarla Samur Həsənov arasında həmişə narazılıq olub. Sonradan ortada söyüş söyüldüyü üçün münasibətlər daha da kəskinləşib. Onlar münasibətlərinə aydınlıq gətirmək üçün gecə saatlarında görüşüblər. Tərəflər yenə də ortaq məxrəcə gələ bilməyiblər. Bu səbəbdən əlbəyaxa dava düşüb. Dava zamanı Samur Həsənov gəzdirdiyi silahdan istifadə edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail