“Qarabağ”ın avrokuboklarda 9-cu, Azərbaycan klublarının 18-ci səfər qələbəsi

16.07.2014 | 3061 dəfə oxunub

“Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Valletta” üzərində 1:0 hesablı qələbə qazandı. Bu, Azərbaycan klublarının avrokuboklarda sayca 18-ci səfər qələbəsidir. Təmsilçilərimiz 18 qələbəni 97 oyunda əldə ediblər. “Qarabağ” isə səfərdə oynadığı 22-ci oyunda 9-cu qələbəsini qazanıb.

18 səfər qələbəsinin yarısı Ağdam klubunun payına düşür. Digər 9 səfər qələbəsi isə “Neftçi” (2), “Karvan”, “İnter” (4), “Bakı” və “Xəzər Lənkəran”ın payına düşür.

“Qarabağ”ın qələbəsi Azərbaycan klublarının Çempionlar Liqasındakı sayca ikinci qələbəsidir. İlk belə qələbəni 9 il əvvəl “Neftçi” qazanıb.

“Qarabağ” 5-ci dəfə səfərdə 1:0 hesablı qələbəyə sevinib. Minimal hesablı digər qələbə “Karvan”ın aktivindədir.

Azərbaycan kuboklarının avrokuboklardakı bütün səfər qələbələrini təqdim edirik: 

1996/97 - Kuboklar kuboku - MYüPA (Finlandiya) -  “Qarabağ“ 0:1

1999/00 - İntertoto kuboku - “Makkabi” (Hayfa, İsrail) - “Qarabağ” 1:2

2005/06 - Çempionlar Liqası - “Hafnafyordur” (İslandiya) - “Neftçi” 1:2

2006/07 - UEFA Kuboku - “Spartak” (Trnava, Slovakiya) - “Karvan” 0:1

2009/10 - Avroliqa - “Honka” (Finlandiya) - “Qarabağ” 0:1

2010/11 - Avroliqa - “Portdaun” (Şimali İrlandiya) - “Qarabağ” 1:2

2010/11 - Çempionlar Liqası - “Lex” (Polşa) - “İnter” 0:1

2010/11 - Avroliqa - “Buduçnost” (Çernoqoriya) - “Bakı” -1:2

2010/11 - Avroliqa - “Visla” (Polşa) - “Qarabağ” 0:1

2011/12 - Avroliqa - “Banqa” (Litva) - “Qarabağ” 0:4

2012/13 - Avroliqa - “Trans Narva” (Estoniya) - “İnter” 0:5

2012/13 - Avroliqa - “Nomme Kalyu” (Estoniya) - “Xəzər Lənkəran” 0:2

2012/13 - Avroliqa - APOEL (Kipr) - “Neftçi” 1:3

2013/14 - Avroliqa - “Metallurq” (Makedoniya) - “Qarabağ” 0:1

2013/14 - Avroliqa - “Mariehamn” (Finlandiya)- “İnter” 0:2

2013/14 - Avroliqa - “Gefle” (İsveç) - “Qarabağ” 0:2

2014/15 - Avroliqa - “Tiraspol” (Finlandiya) - “İnter” 2:3

2014/15 - Çempionlar Liqası - “Valletta” (Malta) - “Qarabağ” 0:1

QEYD: 2004/2005 mövsümündə İntertoto kubokunda UEFA-nın qərarına əsasən “Xəzər Universiteti”nə Avstriyanın “Kazino Şvarts” klubu üzərində texniki qələbə verilib. Həmin texniki qələbə yuxarıdakı siyahıda nəzərə alınmayıb.

Futbolxeber.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail