"Koper"in baş məşqçisi: “Çox güclü bir komandaya qarşı oynayacağıq"

17.07.2014 | 3104 dəfə oxunub

“Çox güclü bir komandaya qarşı oynayacağıq. Bilirik ki, “Neftçi”nin Avropada böyük təcrübəsi və kifayət qədər uğuru var.  Mənim də təcrübəm az deyil.  İtaliyanın “Udineze” və Bolqarıstanın ÇSKA klubunda çalışmışam”.  Stadium.az xəbər verir ki, bu sözləri “Koper”in baş məşaçisi Rodolfo Vanoli Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşü çərçivəsində sabah “Neftçi” ilə qarşılaşacaqları oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis “Neftçi”ni bir rəqib kimi yüksək qiymətləndirməklə yanaşı iki oyunun nəticəsinə görə növbəti mərhələyə adlayacaqlarına inandığını bildirib: ”Neftçi”dən də güclü komanda ilə qarşılaşa bilərdik. Hər şey birinci oyundan sonra bitmir. Fikrimizi hər iki oyuna yönəldəcəyik.  Futbolçularımza inanıram. Biz də də kifayət qədər güclü oyunçular var. Ümid edirəm ki, “Neftçi” kimi komandaya qarşı yaxşı oyun sərgiləyəcəklər. Rəqibimiz fərdi keyfiyyətlərə malik olan futbolçulara sahibdir.Altı futbolçu ilə müdafiə olunurlar. Ancaq gördüyünüz kimi, güclü heyətə və müdafiə xəttinə  malik olan Braziliya millisi də uğursuzluğa düçar oldu".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail