"Qəbələ"dən RƏSMİ TRANSFER

17.07.2014 | 3573 dəfə oxunub

“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Stadium.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov və Pavol Farkaşı rənglərinə bağlayan “qırmızı-qaralar” braziliyalı Markinyos Kariokanı da sıralarına qatıb. Yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb. 28 may 1992-ci ildə anadan olan Markinyos peşəkar futbolçu karyerasına 2011-ci ildə Braziliyanın “Parana” klubunda start verib. Gənc futbolçu 2013-2014 mövsümünü Rumıniyanın “Otelul” kollektivində keçirib. O, sözügedən komandada 33 oyunda meydançaya çıxıb və 9 dəfə fərqlənməyi bacarıb.

Markinyos artıq ilk açıqlamasını da verib. Özünə və istedadına güvəndiyini deyən braziliyalı futbolçu komandasına hədəflərinə çatmaq üçün kömək edəcəyini bildirib: “Qəbələ”yə keçidimə görə sevincliyəm. Daha öncə yeni komandam haqda ətraflı məlumat toplamışam. Komandaya keçidimdə baş məşqçi amili və klubun hədəfləri əsas rol oynadı. Azərbaycan Premyer Liqasının nə dərəcədə çətin çempionat olduğundan xəbərdaram. Özümə, bacarığıma güvənirəm. İnanıram ki, komandama hədəflərinə çatmaqda kömək edə biləcəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail