Klub direktoru: "Mil Muğan" çempionluq üçün oynayacaq" - MÜSAHİBƏ

18.07.2014 | 5332 dəfə oxunub

“Mil Muğan” klubunun prezidenti Mirheydar Səfiyevin Stadium.az saytına müsahibəsi:

 - “Mil Muğan”ın qarşıdakı mövsümdə I Divizyonda çıxış edəcək?

- Bəli, böyük ehtimalla, yeni mövsümdən I Divizyonda oynayacağıq.

- Belə başa düşdüm ki, bu məsələ hələ dəqiq deyil..

- Bəli, sponsorların cavabın gözləyitik.

- Sizə nə vaxt konkret cavab deyiləcək?

- Bu ayın axırı bizə yekun söz deyiləcək. Yəni əsas məsələ maddi məsələlərdir. Bu iş həll olunduqdan sonra komandamızın da gələcək taleyinə aydınlıq gələcək.

- Ortabab komanda olacaq, yoxsa başqa məqsədlər var?

- İndi planlaşdırırıq ki, iddialı komanda yaradaq. Böyük ehtimalla, komandamız I Divizyonda oynayarsa, ancaq çempionluq üçün oynayacaq. İddialı komanda yaradıb Premyer Liqaya yüksəlmək üçün çalışacağıq. Yəni bizim məqsədimiz budur. Sponsorlarla maddi məsələni də həll etdikdən sonra bu iş öz həllin tapacaq.

- “Mil Muğan” nə vaxtdan toplanacaq?

- Avqustun birindən komanda bir araya gələcək və hazırlıqlara başlayacaq.

- Baş məşçqçi Mətləb Məmmədov komandada qalacaq?

- Bu məsələdə hələlik açıq olaraq qalır. Məndən olsa “Mil Muğan”ı İmişlidən olan məşqçilər çalışdırar. Bizim rayonda Xaliq Mustafayev və Füzuli Musayev kimi lisenziyası olan məşqçilər var. Komandamızı bunların çalışdırmasın istəyərdim.

- “Qaradağ Lökbatan”dan ayrılan imişlili futbolçu Ruhid Usubov da “Mil Muğan”da çıxış edəcək?

- Bizim məşqçilər daha əvvəl də Ruhidi komandaya gətirmək istəyiblər, amma o, gəlməyib. Əgər “Mil Muğan” I Divizyonda çıxışını davam etdirsə Ruhid də bizdə oynaya bilər. İnanmıram onun komandamıza gəlməsində problem yaransın. İndi əsas məsələ komandanın maddi məsələsinin həll olunmasıdır, futbolçu yığmaq asan işdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail