"Səfərdə daha diqqətli oynamalıyıq" MÜSAHİBƏ

18.07.2014 | 3638 dəfə oxunub

İsveçin "Elfsborq" klubunun hücumçusu Markus Roden Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. 

- Məğlubiyyətlə bağlı nə deyə bilərsiz?
- Bu, əlbəttə, böyük məyusluqdu. Biz yaxşı nəticəyə ümid edirdik, daha doğrusu, qələbəyə.

- Bəs niyə alınmadı?
- Mümkündü ki, biz öz oyunumuzu sərgiləyə bilmədik. Amma nəyə qadir olduğumuzu yaxşı bilirik. Normal top saxlaya bilmədik. Topu qəbul etmək də çətin idi. Üzərində işləməli olduğumuz məqamlar var.

- Hücumda heç nə edə bilmədiniz...
- Bütün bunlar topa normal nəzarət edə bilməməyimizin nəticəsi idi. Biz həqiqətən də yaxşı oynamadıq. Hətta deyərdim ki, qorxaq oynadıq.

- Demək olar ki, rəqibi düzgün qiymətləndirmədiz?
- Xeyr, mən belə düşünmürəm. Biz onların əvvəlki oyunlarında necə çıxış etdiklərini görmüşdük. Görünür, biz özümüz onları sərgilədiyi oyuna hazır deyildik.

- Belə fikir var ki, "Elfsborq" indi çətin dövrünü yaşayır. Bu, belədi?
- Burda gizlədiləsi heç nə yoxdu. Əlbəttə, başa düşürük ki, bacardığımız və istədiyimiz oyunu göstərə bilmirik. Amma növbəti oyuna hazırlaşmağa borcluyuq.

- Bakıdakı cavab oyununda nə etmək lazımdı?
- Artıq onların necə oynadığını bilirik. Səfərdə daha diqqətli oynamalıyıq. Qol buraxmamağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail