Baçana Sxadadze: "Daha 2-3 qol vursaydıq, hər şey bitmiş olacaqdı" MÜSAHİBƏ

19.07.2014 | 3565 dəfə oxunub

"İnter"in hücumçusu Baçana Sxadadze Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı səfərdə keçirdikləri səfər oyunundan sonra sualları cavablandırıb:

- Oyunla bağlı təəssüratlarınız necədi?
- Qarışıq. Bir tərəfdən şadıq ki, qələbə qazandıq. Digər tərəfdən də cütün taleyini burada, İsveçdə həll edə bilməməyimizə üzülürük. Daha 2-3 qol vursaydıq, hər şey bitmiş olacaqdı. Amma o qədər şans olduğu halda, cəmi bir qol vurduq.

- Niyə?
- Fikrimcə, emosiyalarımızla bacarmadıq. Daha soyuqqanlı oynamağımız lazım idi.

- "İnter" bu oyunda nəyin sayəsində qələbə qazandı?
- Biz düzgün taktika seçmişdik. Onların müdafiəçiləri çox ləng idilər, buna görə də biz uzun ötürmələrdən istifadə edirdik. Bu, bizə çox rahat idi.

- Sizin də, Dieqo Madriqalın da qol şansları olduğu halda, yararlana bilməməyinizə nə səbəb oldu?
- Böyük hesabla qalib gəlməyi çox istəyirdik. Amma digər tərəfdən böyük hesablı qələbə bizi arxayınlaşdıra da bilərdi.

- Cavab oyunundan nə gözləyirsiz?
- "Elfsborq" Bakıda daha yaxşı oynamağa çalışacaq. Buna görə də biz hər şeyə hazır olmalıyıq. Onların sürpriz etməsinə imkan verməməliyik. azerisport.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail