AZAL yeni futbolçular çağırdı

19.07.2014 | 4398 dəfə oxunub

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan AZAL-ın düşərgəsinə daha 3 yeni futbolçu gəlib. Stadium.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov hazırda Petre Qaqe, Tomi Kostadinov və Enrike Kordobanı sınayır. Tam adı Petre Lusian Qoqe olan 22 yaşlı rumın yarımmüdafiəçi "Universitatea" (Krayova) klubundan gəlib. Ötən mövsüm bu komandanın heyətində 19 oyuna çıxan futbolçu 1287 dəqiqə oynayıb. Qoqe əvvəllər Rumıniyanın "Ramniku", "Unireya", "Alro Slatina", "Tarqu Mureş" və "Poli" klublarında çıxış edib.

23 yaşlı hücumameylli yarımmüdafiəçi Tomi Kostadinov Yunanıstanın "Kaniya" klubundan gəlib. Bolqar futbolçu bu komandanın heyətində 29 oyuna çıxıb, 1391 dəqiqə oynayıb və 2 qol vurub. Bolqarıstan U-21-də 5 oyun keçirib 1 qol vurmuş Tomi vətənində ÇSKA (Sofiya), "Bdin Vidin", "Çavdar" və "Liteks" klublarının formasını geyinib. Tam adı Con Enrike Kordoba Kordoba olan futbolçu isə kolumbiyalıdı. 27 yaşlı yarımmüdafiəçinin son iş yeri Kolumbiyanın "Amerika de Kali" klubu olub. 15 oyunda meydana çıxan Enrike 851 dəqiqə oynayıb və 1 qola imza atıb. Kordoba əvvəllər Venesuellanın "CD Lara", "Deportivo Petare", "Zamora", "Truxillanos", Boliviyanın "Bolivar" və Kolumbiyanın "Kukuta Deportivo" klublarında çıxış edib.

Qeyd edək ki, AZAL-ın düşərgəsində 3 futbolçudan başqa baxışda olan daha 5 legioner var: Luis Ramos, Xuanxo Pereyra, Everton Fernando Gilio, Cimmi Duqlas və Yosip Maroşeviç. Tərlan Əhmədov dünən İranın U-21 yığması ilə yoxlama oyununda 8 futbolçunun hamısını yoxlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail