"Rusiya millisinə çağırılmadım, Azərbaycanı yığmasını seçdim"

23.07.2011 | 4941 dəfə oxunub

Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu Rusiyanın "Volqa" klubunda daha bir həmyerlimiz çıxış edir. Stadium.Az saytı xəbər verir ki, "Volqa"nın gənclərdən ibarət komandasında çıxış edən Şamil Qurbanov eyni zamanda Azərbaycanın 19 yaşlı futbolçularından ibarət milli komandasının da şərəfini qoruyur. Qurbanov "Volqa"nın rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Şamil, hansı milli komandadan təklif almısan?

- Azərbaycanın 19 yaşlı futbolçularından ibarət milli komandasından

- Bəs necə alındı ki, Rusiya vətəndaşı olduğun halda səni Azərbaycan millisinə dəvət etdilər?

- Yığmanın administratoru mənimlə əlaqə saxladı. Bildiyiniz kimi, Dağıstan Azərbaycana yaxın bölgədir və belə təcrübədən ilk dəfə istidadə olunmur. Daha sonra mənə komandanın baş məşqçisi zəng etdi. O, məşhur və keçmiş futbolçu Vəli Qasımovdu. Mən qərar vermək üçün bir qədər vaxt istədim. Müəyyən götür-qoy etdikdən sonra razılaşdım. Düşünürəm ki, bu, mənim üçün böyük təcrübə olacaq. Çünki tezliklə Avropa çempionatının seçmə mərhələsi başlayacaq. Bu, özünü göstərmək üçün əla imkandı.

- Təlim-məşq toplanışınız nə uzun çəkdi?

- Hazırlıq prosesimiz iyulun 12-dən 23-ə qədər idi. Amma mən "Spartak"la oyunda iştirak etməli olduğumdan, bir qədər tez qayıtdım. Biz bir neçə yoldaşlıq görüşlərində çıxış etdik. Yeni olduğumdan məni də həmin matçlarda yoxlayırdılar.
  
- Hansı komandalarla oynadınız?

- "Rapid"in əsas heyəti və "Zalsburq"la qarşılaşdıq. Ən çətin oyunumuz "Rapid"ə qarşı oldu. Hansı ki, həmin oyunda 0:4 hesabı ilə məğlub olduq. Amma eyni zamanda bir neçə qol imkanımız oldu, lakin isitfadə edə bilmədik. Getdikcə daha yaxşı futbol sərgilədik.

- Yığmada hansı mövqedə çıxış edirdin?

- "Volqa"da olduğu kimi, sol cinah müdafiəçisi mövqeyində.
  
- Komandanın hazırki durumu necədi?

- Əlbəttə, uyğunlaşma baxımından müəyyən problemlər olur. Amma oyunçuların əksəriyyəti rus dilini bilirlər. Hətta bizim ölkədə çıxış edən futbolçular da var. Bütövlükdə isə mehriban kollektivdi. Komandanın əksər üzvləri yerli klubların üzvləridir. Bununla belə, "Lokomotiv", "Zenit", "Spartak"dan gedənlər də var.
  
- Rusiya yığmasına çağırılmamağınız üzücü oldumu?

- Düşünmək üçün vaxt istəməyim məhz bununla bağlı idi. Mən ötən mövsümü çox yaxşı keçirmişdim. Ümid edirdim ki, dəvət alacam. Lakin Rusiya millisinə çağırmadılar. Görünür, ya güvənmirlər, ya da diqqət yetirmirlər. Düşünürəm ki, zamanla hər şey yoluna düşəcək. Hər halda indiki qərarım gələcəkdəki milli karyerama ciddi təsir göstərməyəcək. Bu mənada əsas hesab gənclərdən ibarət yığmada açılır. Aşağı yaş qruplarından ibarət yığmalarda iştirak nəzərə alınmır.

- Gələcək planların haqda nə düşünürsən?

- Növbəti toplanış sentyabrın sonlarında olacaq. Yığma rəhbərliyi məni də həmin toplanışa buraxmaları üçün klubumuza bununla bağlı məktub yazacaqlarını bildirdi. Neçə günlüyə icazə verəcəkləri isə artıq klubun qərarı olacaq. Toplanış Latviyada baş tutacaq. Çünki seçmə mərhələ oyunları İsveçdə keçiriləcək. Azərbaycanın rəqibləri də meydan sahibləri ilə yanaşı İtaliya və Rumıniya yığmaları olacaq. Növbəti mərhələyə keçmək üçün qrupda ilk iki yerdən birini tutmaq lazımdı. Hesab edirəm ki, şansımız kifayət qədər yüksəkdi. Azərbaycan yığması qarşıya qoyulan vəzifənin öhdəsindən gəlmək üçün çox yaxşı gücə malikdi. 

rnrnrnrn




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail