Yeni uşaq futbol məktəbi - TOPLU VİDEO

24.07.2014 | 3979 dəfə oxunub

Yeni yaradılan "Toplu" uşaq futbol kursları məktəbəqədər yaşlı uşaqlar arasında geniş populyarlıq qazana bilib. Bu maraqlı layihənin doğurduğu rezonansı nəzərə alaraq kursların təşkilatçısı və baş məşqçisi Rafael İbadovlla əlaqə saxladıq. İbadov keçirdiyi məşqlər barədə geniş məlumat verdi: "Azərbaycanda uşaq və yeniyetmələr arasında futbol və fiziki inkişafı sürətləndirən fundamental gimnastika və fitness məşqləri keçirirəm. Bu istiqamətdə Azərbaycanda ilk dəfə özəl proqram da hazırlamışam. Hal-hazırda 50-yə yaxın 4-5-6-7-8-9 və 10 yaşlı uşaq bizim qruplarda futbola ilk addımlarını atır. Bu layihəyə futbolun əlifbası da demək olar. Bizdə 3-4 ay məşğul olan 4-5 yaşlı uşaqların əksəriyyəti fiziki cəhətdən aktivləşir. Topu rahatlıqla qəbul edir, 2-3 metr məsafəyə ötürmə verə bilirlər. Nisbətən böyük- 6 -7 yaşlılarla isə bir qədər fərqli oyun və təmrinlər keçirilir. 9-10 yaşındakılar isə Azərbaycanın ən yaxşılarındandılar. 2006-cı il təvəllüdlü Anar Cəbiyevin adını bir yerə qeyd edin. Bu uşaq 2-3 ildən sonra nəinki Azərbaycanın bəlkə də Avropanın ən istedadlıları sırasına düşəcək. Onun kimi uşaqlarımız çoxdur. İşlərimizi düzgün quraraq futbolumuza tövhələr verəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail