"Koper"in baş məşqçisi: "Bir qədər həyəcanlı idilər"

25.07.2014 | 4109 dəfə oxunub

İki oyunun nəticəsinə görə "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindən kənarlaşdırdırdığı Sloveniya "Koper"inin baş məşqçisi Rodolfo Vanoli qitəmiqyaslı turnirlərdə təcrübəsizlikdən gileylənib. Stadium.az xəbər verir ki, italyan mütəxəssis baş hakim Benoit Millotun "Koper"in futbolçusunu meydandan qovma qərarını şərh etməyə lüzum duymayıb: "Onlar ilk oyundakından daha yaxşı oynayırdılar. Yetirmələrim əzmkar futbol, sonadək mübariz ruh nümayiş etdirdilər. Buna görə də futbolçularımı təbrik edirəm. Komandamızın əsl Avropa təcrübəsinə malik olmaması həlledici rol oynadı. İlk yarıda tapşırıqlarım böyük ölçüdə yerinə yetirildi. Stromayerin meydandan qovulmasını şərh etməyimin indi heç bir əhəmiyyəti yoxdu. İlk baxışdan biz ehtiyatlı, müdafiədən oynayırdıq. Ancaq sizi əmin edirəm ki, oyundan əvvəl bu cür planlaşdırmamışdıq. Uşaqlar bir qədər həyəcanlı idilər. Bu da başadüşüləndi. Axı Avropada təcrübə olduqca önəmlidi. Yolumuzu davam edəcəyik və inanıram ki, daxili çempionatda hər şey qaydasında olacaq".

Vanoli hesab 0:2 olarkən fasilədən sonra oyuna daxil olan Matey Puçkonun əldə etdiyi ən real qol şansı barədə sualdan yayınıb: "Azlıqda qalmağımıza baxmayaraq, 2-ci hissədə daha yaxşı oynadıq. 2-3 qol imkanı əldə etdik. Ancaq yararlana bilmədik. "Neftçi" baxımlı futbol sərgilədi. Onları təbrik edirəm". Qeyd edək ki, Bakıda 1:2 hesabı ilə məğlub olan "Neftçi" ötən gecə "Koper"i səfərdə 2:0 məğlub edərək, Avropa Liasının III təsnifat mərhələsinə yüksəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail