Rednik qayıtdı

25.07.2011 | 4690 dəfə oxunub

Azərbaycan kubokunun qalibi "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik geri qayıdıb. Stadium.Az xəbər verir ki, klub rəhbərliyinin Avropa Liqasındakı uğursuzluqdan sonrakı qərarına etiraz əlaməti olaraq istefa verib, vətəninə yollandığı bildirilən rumıniyalı mütəxəssis ötən gecə Bakıya gəlib.
Onun klub rəhbərliyi ilə görüşüb son hadisələri və gələcək planları müzakirə etməsi gözlənilir. Rednikin "Xəzər Lənkəran"da qalıb-qalmayacağı da məhz bu günkü görüşlərdən sonra dəqiqləşəcək.
Xatırladaq ki, Avroliqanın ikinci təsnifat mərhələsində İsrail "Maccabi"si (Təl-Əviv) ilə mübarizə aparan və ilk oyunda 1:3 hesablı yenilgiyə üzülən "Xəzər Lənkəran" doğma meydanda qolsuz heç-heçəyə razılaşmaqla çıxışını yenə startdaca dayandırmışdı. Məhz bu uğursuzluğun ardından klub rəhvərliyi bütün legionerlərlə yollarını ayırmağa, komandanı yerli futbolçulardan qurmağa qərar verdi. Rednikin isə belə şərtlər altında bu komandada işləmək istəmədiyi bildirilir.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail