Qurban Qurbanov: "Admir Telini bağışlamaq olmaz"

31.07.2014 | 4911 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zalsburq"la oyundan danışdı. Stadium.az xəbər verir ki, Ağdam klubunun 2:1 hesablı qələbəsiylə başa çatan oyundan sonra baş məşqçi bunları söylədi:

- Azarkeşlərimizə çox sağ ol demək istəyirəm. Son illərdə bu qədər dəstək verən azarkeş görməmişdim. Hər kəs bizim qalib gəlməyimizi istəyirdi. Rəqib həqiqətən də çox güclüdü. İkinci hissə başlayanda problemlərimiz oldu. Daha sonra müdafiəyə fikir verdik. Çalışırdıq ki, rəqibə imkan verməyək. Şükürlər olsun ki, qələbə qazandıq. Belə bir komandaya qarşı qələbə qazanmaq bizim üçün vacib idi. Səfərdə də belə mübarizə aparan "Qarabağ" görəcəksiz.

- Sizin gözlədiyiniz "Zalsburq" bu idi?

- Bundan da güclü görmüşdüm. Ancaq qırmızı vərəqə almağımız planlarımızı pozdu. Etiraf edim ki, mən buna hazır deyildim. Başqa planlarımız vardı, Admirin qırmızı vərəqə alması bütün planları korladı.

- Fasilədə Admir Teli ilə danışığınız oldu?

- Admir qırmızı almaqla səhvə yol verdi. Kapitan sarğısını yerə atmağına inanmıram. Belə bir vəziyyətdə onun hansı hisslər keçirdiyini siz, biz başa düşmərik. O, bunu özünə bağışlamaz. Belə bir vaxtım da

yox idi ki, onunla nəyisə müzakirə edim. Onun ilk sarı vərəqəsi düzgün deyildi. Onun bu hərəkətini bağışlamaq olmaz. Çox böyük səhv etdi. İnanmıram ki, ö, özünə bunu bağışlasın.

- Oyun ərzində dördüncü hakimə etirazlarınız oldu. Reynaldonun qırmızı vərəqəsi ilə bağlı şikayət etmək istəyirsizmi?

- Mənə elə gəlir ki, hakimlər belə ajiotaj gözləmirdi. Mən etiraz yox, müzakirə edirdim. Onlara sakit olmağı məsləhət gördüm. Reynaldonun qırmızı vərəqəsi ilə bağlı şikayət edəcəyik. Ukraynalı hakimlər Azərbaycanda bu stadiona bu qədər insanın gələcəyini gözləmirdi. Məncə hakimlər bu ajiotaj hazır deyildilər.

- Heyətdə itkilər çoxdu. Bununla bağlı hansı planlarınız olacaq?

- Qırmızı vərəqələrdən başqa itki yoxdu. Bu gün Reynaldo yoxdusa, Vüqar var. O, Reynaldonun mövqeyində oynamağa layiqdi. Düşünürəm ki, Nadirov səfərdə rəqibə başağrısı olacaq.

- Qara Qarayev yaxşı oynadığı halda onu niyə əvəzlədiz. Çumbinyonu əvəzləmək olmazdı?

- Qara həqiqətən də yaxşı oynadı. Çumbinyonu da əvəzləmək olardı. Ancaq Qarayevin də, Almeydanın da sarı vərəqəsi var idi. Buna görə də, Qaranı əvəzlədim. İbrahim Şehiç uğursuz çıxış etməklə səhvə yol verdi. O, daha diqqətli olmalıdı.

- Çempionlar Liqasının qrupunda oynamağı hədəfləyən komandanın iki eyni səviyyəli heyəti olmalıdı. Ancaq AFFA-nın legionerlərə növbəti mövsümdə tətbiq etdiyi limit komandada iki Reynaldo, iki Çumbinyo saxlamağa imkan vermir. Bu məqamda AFFA-nın ideyasının uğursuz olduğunu düşünmürsüz?

- Sizin fikirlərinizlə razıyam. Nə qədər döşəyirsiz, döşəyin, gəlsin.

- Reynaldo və Teli səfər oyunlarına aparılacaq?

- Bu gün hər futbolçu heyətdə oynamağa layiqdi. Onlar qırmızı vərəqə alsalar da, bizimlə səfərə gedəcəklər. Onların futbolçularla bir yerdə olması müsbət haldı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail