"Çixura"nın baş məşqçisi: "Buna görə sizdən üzr istəyirəm"

01.08.2014 | 3668 dəfə oxunub

Bakıda "Neftçi"ylə qolsuz bərabərə qalan "Çixura"nın baş məşqçisi Samsun Puridze mətbuat konfransında jurnalistlərin sualların cavblandırdı:

- Gözlədiyimiz kimi, çətin və gərgin oyun keçdi. "Neftçi" güclü və bir çox titula sahib olan komandadı. Çox gözəl məşqçiləri və futbolçuları var. Bu oyunda uğur bizim tərəfdə oldu. Qol vurmaq üçün imkanlarımız oldu. Artıq oyun başa çatıb. Cavab matçına daha da ciddi hazırlaşacağıq. Cavab matçı daha gərgin keçəcək. Bir neçə dəfə Bakıda olmuşam. Azərbaycanın inkişafına heyran oldum.

- "Neftçi"nin istefada olan vitse-prezidenti Tahir Süleymanov "Çixura"nın "Neftçi"yə rəqib olmayacağını və sizin komandanı “Kənd komandası” adlandırmışdı Bu fikirlə bağlı nə deyə bilərsiz?

- Bu gün göstərdik ki, aşağılanası rəqib deyilik.

- Oyuna gəlmək üçün azarkeşlərə kömək etdiniz?

- Gürcüstandan gələn azarkelərə təşəkkürümü bildirirəm.

- Cavab matçında şansları necə dəyərləndirirsiz?

- "Neftçi" həqiqətən də güclü komandadı. Bizim komandamız onlarla müqayisə oluna bilməz. Ancaq biz sonadək mübarizə apardıq və bu gün uğur qazandıq. Bunu cavab oyununa da təkrarlayacağıq.

- Gürcü azarkeşlər Azərbaycanın ərazi bütövlüyünə zidd olan pankart açmışdı. Buna münasibətiniz necədi?

- Bu cür hərəkətləri psiləyirik. Azərbaycan bizim çox gözəl qonşumuzdu. Mən sizə deyim ki, onlar "Çixura"nın azarkeşləri deyildilər. Onların etdiyi hərəkətlərə görə sizdən üzr istəyirəm.

- "Neftçi" evdə "Koper"ə məğlub olandan sonra bakılıların prezidenti mətbuata açıqlamasında səfər matçında "Koper"i 2:0 hesabı ilə məğlub edəcəklərini bildimişdi. Sadıq Sadıqovun növbəti yuxusundan qorxmursuz ki?

- "Neftçi"nin prezidentinin hər hansı bir yuxu görəcəyini indidən bilmədiyim üçün, bundan heç bir qorxum yoxdu.

- Bundan əvvəlki rəqibiniz - Türkiyə "Bursaspor"u ilə ev oyununda çoxlu qalmaqal yaşanmışdı. Gürcülər Türkiyəli jurnalistləri və azarkeşləri döymüşdü. Və yəqin bilirsiz ki, biz də türkük. Gürcüstana gəlsək bizi də döyəcəklər, yoxsa təhlükəsizliyimizə təminat verirsiz?

 - Azərbaycan bizə yaxın ölkədi. Heydər Əliyevin qurduğu böyük bir münasibətimiz var. Bilirəm ki, Azərbaycan nümayəndələri bu cür davranış etməyəcək. Gürcüstan milləti çox qonaqpərvərdi. Həmin davanın başlanmasına "Bursaspor"un baş məşqçisi səbəb oldu. O, bizi təhqir etdi. Onların azarkeşləri bizə qəpik atırdı. Oyundan əvvəl də bizə məşq etmək üçün köhnə top vermişdilər. İnanılmaz bir şey idi. Belə bir şey görməmişik. Sizi Gürcüstana dəvət edirik və orada böyük məmnuniyyətlə sizi qonaq edəcəyik.

- Ola bilməzdi ki, onların etdiyi hərəkətə qarşı bunun əksi olan jest edəsiz?


- Bu hadisəyə görə klubun nümayəndəsi cəzalandırılıb. Buna görə həmin klub rəsmisi 6 ay maaş almayacaq. Bizim davranışımızı siz də gördüz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail