“Son aylarda isə bizim Azərbaycanla görünməmiş problemlərimiz yaranıb" - EKS GÜRCÜSTAN PREZİDENTİNDƏN "NEFTÇİ" - "ÇİXURA" OYUNUNA KƏSKİN MÜNASİBƏT

03.08.2014 | 3223 dəfə oxunub

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Bakıda “Neftçi”-“Çixura” matçındakı baş vermiş təxribata sərt münasibət bildirib. Stadium.az xəbər verir ki, o, bəyanatda elə situasiyaların ölkəni ağır vəziyyətə qoyduğunu və dövlətin əvvəlki səhvlərin təkrarlanmasına imkan verməməli olduğunu söyləyib: “Təxribatın Bakıda törədilməsinin özü hiddət doğurur. Lakin ayrıca götürülmüş bu insidentdən daha çox, bizim strateji müttəfiqimiz Azərbaycanla olan ümumi kontekst narahatlıq doğurur. Azərbaycanın köməkliyi ilə biz bütün bu dövrdə xilas olmuşuq. Azərbaycan bizə bir neçə dəfə elə köməkliklər edib ki, mən hələlik bu haqda danışa bilmərəm. Gürcüstanın Azərbaycan əleyhinə Rusiya poliqonuna çevrilməsi, Türkiyə və Azərbaycan prezidentlərinin Tiflisə gələrək Gürcüstan prezidenti ilə keçirdikləri görüşə bircə gürcü nazirin belə qatılmaması – bunlar axı, bütün dillərdə həqarət deməkdir! Eləcə də Bakı beynəlxalq aeroportunda Gürcüstan xüsusi xidmət orqanlarının törətdiyi təxribat”, - deyə Saakaşvili rəsmi Tiflisin Azərbaycana münasibətini kəskin formada etiraz edib.

Eks-prezidentin sözlərinə görə, Rusiya Gürcüstanın Ukraynadan məsafə saxlamasına nail ola bilib: “Son aylarda isə bizim Azərbaycanla görünməmiş problemlərimiz yaranıb. Həmçinin, Türkiyə ilə ciddi problemlər özünü göstərməkdədir. İndi Gürcüstan kimə ümid edə bilər? Bu oyunlar kimlərin maraqlarına daxildir? 1921-ci ildə Gürcüstan tamamilə tək qalmışdı. Mən arzulamıram və heç kim də buna imkan verməz ki, XXI əsrdə də bu axmaqlıları təkrarlayaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail