Foqts futbolçuların siyahısını açıqladı

26.07.2011 | 4510 dəfə oxunub

Məlum olduğu kimi, Azərbaycan milli komandasının avqustun 1-dən 4-dək Bakı şəhərində təlim-məşq toplanışı keçiriləcək. Stadium.Az xəbər verir ki, artıq baş məşqçi Berti Foqts bu toplanışda xidmətində görmək istədiyi oyunçuların siyahısını açıqlayıb.
Almaniyalı mütəxəssis gözlənildiyi kimi, Avropa Liqasında çıxışını davam etdirən "Qarabağ"ın futbolçularına dəvət göndərməyib. Bunda əlavə o, Rusiyanın "Volqa" klubuna keçən Vaqif Cavadova da ehtiyac duymayıb. 
Əvəzində əsas milli komandanın hazırlıq prosesinə dəvət olunduqları üçün Amit Quluzadə və Andrey Popoviç 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının avqusutn 1-dən 4-ə qədər Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Mahir Şükürovun müəyyən fasilədən sonra əsas komandamıza qayıdışı, eləcə də AZAL-ın hücumçusu Elşən Məmmədovun dəvət alması da diqqət çəkən məqamlardandı.
Bütövlükdə, yığmaya dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Aqil Məmmədov (Bakı), Andrey Popoviç (Sumqayıt Şəhər);
Müdafiəçilər: Vladimir Levin (İnter), Saşa Yunisoğlu, Vurğun Hüseynov, Mahir Şükürov (hamısı "Qəbələ"), Usim Nduka (AZAL), Rail Məlikov, Ruslan Əmircanov, Ruslan Abışov (hamısı "Neftçi"), Elnur Allahverdiyev (Xəzər Lənkəran);
Yarımmüdafiəçilər: Aqil Nəbiyev (AZAL), Fabio Luis Ramim, Əziz Quliyev, Elvin Məmmədov (hamısı "Bakı"), Cavid Hüseynov, Amit Quluzadə (hər ikisi "Neftçi"), Arif İsayev, Aleksandr Çertoqanov (hər ikisi "Qəbələ"), Rahid Əmirquliyev, Elnur Abdullayev (Xəzər Lənkəran).
Hücumçular: Elşən Məmmədov (AZAL), Murad Hüseynov (Qəbələ).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail