Böyükağa Hacıyev "Çixura" nə qədər qapanır qapansın, bu işə bir son qoyulmalıdır"

07.08.2014 | 3548 dəfə oxunub

“Neftçi” sabah Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə “Çixura”yla qarşılaşacaq. Stadium.az xəbər verir ki, ötən gün təşkil edilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev qarşılaşma barədə danışıb:
"Sabah azarkeşlər yaxşı futbol şousu izləyəcəklər. Rəqib çox yaxşı müdafiə futbolu oynayır. Onlar güclü olmasaydılar, Türkiyə nəhənglərindən olan "Bursaspor"u mübarizədən kənarlaşdırmazdılar. "Çixura" müdafiə olunmağı sevirsə, biz də hücum futboluna üstünlük veririk. Elə ən yaxşı müdafiə də hücumdur.

Rəqib bizi də "Bursaspor" kimi məğlub etmək istəyir. "Çixura" qorxulu rəqibdi. Bakıda qapıya yol tapa bilmədik. Ümid edirəm ki, buradakı oyunda fərqli olacaq. Rəqibin heyətində Puyol və ya Serxio Ramos oynayasaydı, onların səhv etməyəcəyini düşünərdim. Amma rəqibin belə bir müdafiəçisi yoxdur. Hər bir insan kimi onlar da səhv edə bilərlər. Şansların bərabər olduğunu düşünürəm.

"Çixura" nə qədər qapanır qapansın, bu işə bir son qoyulmalıdır. Mən "Neftçi"nin şousundan danışa bilərəm. Rəqib nə qədər bizim oyunlarımızı izləyir izləsin, biz elə taktika seçəcəyik ki, onlar heç nə edə bilməsin. "Çixura" sırf müdafiə futbolu oynayır. Amma "Koper" müdafiə olunsa da, bir qədər kombinasiyalı oyuna da üstünlük verirdi. "Çixura" isə hücumda yalnız cinahlara güvənir.

Çox minnətdaram ki, bizim acımıza şərik olursunuz. Hamınıza minnətdaram. Zamanı gələcək, hər şey qaydasına düşəcək. Düzdü, biz qara sarğıyla oynamaq üçün UEFA-ya müraciət etmişdik. Amma bu, Ələkbər Məmmədovun ölümü ilə bağlı idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail