"Turan T" rəhbərliyi şəhid ailəsiylə görüşdü - FOTO

07.08.2014 | 3268 dəfə oxunub

İyulun 31-dən avqustun 1-nə keçən gecə  Ermənistan silahlı birləşmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər. Gedən şiddətli atışmalar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 9 hərbçisi şəhid olub. Düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olanlardan biri də tovuzlu, 1995-ci il təvəllüdlü Vüqar Hidayət oğlu Poladovdu. 

Stadium.az xəbər verir ki, bu gün "Turan-T"nin rəhbərliyi - prezident Namiq Məstanov, baş məşqçi Badri Kvaratsxeliya, icraçı-direktor Eltac Əhmədzadə, mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev, əslən tovuzdan olan jurnalist İlqar Tağıyev və s. şəhidin ailəsinə başsağlığı vermək üçün yaşadıqları evdə olublar. 

Klub nümayəndələri şəhidin atası Hidayət Poladova başsağlığı veriblər. Şəhidin qəhramanlığından söhbət açılıb. Atası oğlu ilə fəxr etdiyini bildirib, diqqətə görə "Turan-T"yə minnətdarlıq edib. Daha sonra klub nümayəndələri  şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarına tər güllər düzüblər.

Bir neçə gün öncə Badri Kvratsxeliyanın təşəbbüsü ilə komandanın kollektivi Tovuzdakı Şəhidlər Xiyabanını ziyarət etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail