Maradona ilə işləyəcək ilk azərbaycanlı olaraq bu mənim üçün həm fəxr, həm də qürur hissidir

27.07.2011 | 5579 dəfə oxunub

"Abşeron"un rəsmən fəaliyyətini dayandırmasından sonra futbolçular kimi, məşqçilər və texniki heyət də özünə yeni iş yeri tapmağa məcbur olub. Stadium.Az saytı  xəbər verir ki, bir ara işsizlər arasında komandanın fizioterapevti Rəhim Məhərrəmov da var idi.

Ölkənin sayılıb-seçilən həkimlərindən olan Məhərrəmov qarşıdaki mövsüm Birləşmiş Ərəb Əmirliklərində çalışacaq. Bu ölkənin "Əl Vasl" klubunda dünya şöhrətli Dieqo Armando Maradano ilə çalışacaq həkim ilkə imza atacaq. Beləki, Rəhim bəy Maradona ilə çalışan ilk azərbaycanlı kimi də tarixə keçəcək.

Avqustun əvvəllərində BƏƏ-yə yola düşəcək Məhərrəmovdan bu barədə xəbər aldıq: "İnşallah avqustun əvvəllərində yola düşəcəyəm. Çempionat sentyabrın əvvəllərində başlayacaq. Mən o klubda əvvəllər də işlədiyimdən məni tanıyırdılar. Azərbaycanda işlədiyimi bilirdilər. İnternet vasitəsilə klubun işçi və menecerlərilə danışırdım. Dedilər ki, geri qayıtmağını istəyirik, mən də razılıq verdim".

Rəhim bəy, oradakı şəraitdən də danışdı: "Orada işləmək üçün heç bir problem yoxdur. Hərə öz işi ilə məşğul olur və heç kəs bir-birinini işinə arışmır. Orada problem problemsizlikdir".

Fizioterapevt, Maradona ilə çalışacaq ilk azərbaycanlı olmağın qürürverici olduğunu dedi: "Maradona peşəkar adamdır. Peşəkarla işləmək asandır. Baş məşqçini də iş vaxtlarında görürsən, söhbət edirsən. BƏƏ-də işlədiyim üçün təcrübəm var və mənim üçün orada işləmək çətin olmayacaq. Əlbəttə ki, Maradona ilə işləyəcək ilk azərbaycanlı olaraq bu mənim üçün həm fəxr, həm də qürur hissidir. Onun özündən də soruşublar ki, bəs belə bir adam var komandaya gətirmək istəyirik. O, da razılıqla qarşılayıb. Hər halda Maradonanın da Azərbaycanla bağlı məlumatı olacaq. Azərbaycan barədə ona məlumat verəcəm, futbol barədə yox.  Çünki Azərbaycanda futbol yoxdur.  Olmayan bir şey barədə Maradonaya nə deyim?. Deyim ki, hə Azərbaycanda həvəskar səviyyədə futbol oynayırlar".

Rəhim bəy, "Abşeron"a sırf Mirbağır İsayevin dəvəti ilə gəldiyini və komanda Premyer Liqada çıxış etsəydi, "Abşeron"da qalacağını vurğuladı: "Mən şəxsən Mirbağır bəyin dəvəti ilə "Abşeron"a gəlmişdim. Onunla dostluq münasibətlərimiz var. Ərəbistandakı müqaviləm iki il idi. Ancaq mən yarımçıq qoyub gəlmişdim. Mirbağır müəllimə demişdim ki, əgər komanda yaratsan, səninlə işləməyə gələcəyəm. Sözümü tutdum gəldim, ancaq komandaya qarşı haqsızlıq oldu. Yenidən oraya dönməyə məcburam. Komanda Premyer Liqada qalsaydi, mən də komandadaki fəaliyyətimi davam etdirəcəkdim".

Premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail