"Bu gün qalib gəlməli idik, təəssüf ki, bunu bacarmadıq"

10.08.2014 | 3783 dəfə oxunub

“Matçın ilk 65-70 dəqiqəsini yaxşı oynadıq”. Stadium.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

 Cənub təmsilçisi Topaz Premyer Liqasının I turunda səfərdə AZAL-a qarşı keçirdi. Fasiləyə üstün yollanmasına və rəqibin ikinci hissədə azlıqda qalmasına baxmayaraq, “ağ-yaşıllar” sonda 1 xalla kifayətləndilər – 1:1.

 Oyundan sonra təşkil olunan mətbuat konfransında türkiyəli çalışdırıcı bildirib ki, komandasının çıxışından razı qalıb: “Xeyli qol vəziyyəti yaratdıq. Amma bunu son 20 dəqiqə üçün deyə bilmərəm. İlk 70 dəqiqədə gördüyümüz işi sonra yerinə yetirə bilmədik ki, buna görə də çox narahatam.  Rəqibin cəmi 1 imkanı oldu, onda da qol vurdular”.  

Çətin bildirib ki, çempionatın ilk matçı həmişə çətin keçir: “İlk oyun həmişə çətin olur. Bu gün qalib gəlməli idik, təəssüf ki, bunu bacarmadıq. 1 xalla kifayətlənməli olduq. Rəqib azlıqda qaldıqdan sonra daha ağıllı oynamalı idik. 10 nəfərlə qalan rəqibə qarşı göstərdiyimiz oyundan məmnun deyiləm. İkinci turda qalib gəlməliyik. Rahid Əmirquliyevi yoxlama görüşlərində sağ müdafiəçi kimi sınamışam, bu mövqedə uğurlu çıxış etdi. Müəyyən zamanlarda yarımmüdafiədə də oynaya bilər. Komandamızın gücü elədir ki, bu gün itirilən 2 xalı növbəti oyunlarda sığortalaya biləcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail