Əskər Abdullayev "Neftçi"ni darmadağın etmələrindən danışdı

10.08.2014 | 3032 dəfə oxunub

“Araz Naxçıvan” klubunun baş məşqçisi Əsgər Abdullayev Premyer Liqamızın ilk turunda “Neftçi” ilə qarşılaşmadan (3:0) sonra keçirilən mətbuat konfransında görüş haqda fikirlərini bildirib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis qələbədən sonra komandasında olan çatışmazlıqlardan, azarkeş dəstəyindən  danışıb, çempionata rəng qatacaqlarını bildirib:  

“İki fərqli hissə oynadıq. Futbolçular ikinci hissədə tapşırıqları daha düzgün yerinə yetirdilər. İlk hissədə cinahlardan istifadə edə bilmədik. Elmin Çobanovun oyuna daxil olmasından sonra isə vəziyyət dəyişdi. Cinahlar güclü olanda komandaya oyununu qurmaq daha asan olur. Cinahsız komanda, qanadsız quş kimidir. Bütün azarkeşlərimizi təbrik edirəm, futbolçularıma minnətdaram. İkinci hissədə tapşırıqları tam yerinə yetirdilər. Azarkeş 12-ci oyunçudur. 

Çatışmazlıqlarımız hələ var. Komanda əsasən yerli futbolçulardan təşkil olunub. Çalışırıq ki, əlimizdən gələni edək, azarkeşlərimizi sevindirək. Güclülər dəstəsinə rəng qatmaq istəyirik. KİV-də haqqımda yayılan şaiyələr haqqında danışmaq istəmirəm. Adamın Allahı var. Kimisə ləkələmək ayıbdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail