Qurban Qurbanov: "“Superkubokun təxirə salınmasını istəyərdim"

10.08.2014 | 2861 dəfə oxunub

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqamızın ilk turunda “Sumqayıt” üzərində qələbədən (3:0) sonra görüş haqda fikirlərini bildirib. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çıxışından razı qaldığını deyib: “Yeni mövsümün başlaması ilə hamını təbrik edirəm, bütün komandalara uğurlar arzulayıram. Oyun pis alınmadı, ikinci hissənin ortalarında sürət aşağı düşdü. Amma oyunun ümumi tempi yüksək oldu. Çox sıx oyun qrafikimiz var. Üç gündən bir oyunumuz olduğu üçün bəzi futbolçulara istirahət şansı verdim. İkinci hissədə oyuna daxil olan futbolçular pis təsir bağışlamadılar. Maraqlı oyun alındı, “Sumqayıt”a uğurlar arzulayıram.

Qurbanov aqustun 13-də keçirilməsi nəzərdə tutulan superkubok oyununun təxirə salınmasının tərəfdarı olduğunu bildirib: “Superkubokun təxirə salınmasını istəyərdim, bu, həm bizim, həm də “Neftçi” üçün daha yaxşı olardı. Gərək hər iki komanda razılıq versin. Futbolçular zədələnə bilər, isti havada daha çox yüklənəcəklər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail