DİN-dən "Sumqayıt"ın oyununda yaşananlara münasibət: ""İnanırıq ki, siysi işbazların toruna düşən vətəndaşlarımız nəhayət ki..."

13.08.2014 | 3908 dəfə oxunub

Daxili İşlər Nazirliyi Sumqayıtda keçirilən "Sumqayıt"- "Qarabağ" futbol oyununda polisin azarkeşlərə qarşı rüsvayçılığı ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

Stadium.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, avqustun 10-da Sumqayıtda keçirilən futbol matçında yarışı izləmək üçün gələnlər arasında bir-iki nəfər idmana, futbola heç bir aidiyyəti olmayan şüarlar yazılmış plakatları stadiona keçirməyə cəhd edib.

Zahidov bildirib ki, qanunların aliliyini təmin edən polis əməkdaşları mövcud təlimata uyğun olaraq bu cür plakatlaın tribunalara daşınmasına haqlı olaraq imkan verməyiblər:

"Etiraf etmək lazımdır ki, idman arenalarını, müqəddəs məkanları, ziyarətgahları siyasət meydanına çevirmək məqsədəmüvafiqdir sayıla bilməz. O ki qaldı bəzi KİV-də həmin məsələ ilə əlaqədar polisin hərəkətinin rüsvayçılıq kimi dəyərləndirilməsinə, bu ən azından ölkəmizin sürətli inkişafını, hökm sürən əmin-amanlığı, sabitliyi gözü götürməyənlərin bilərəkdən ortaya atdıqları təxribat xarakterli böhtandan başqa bir şey deyil. Cinayətkarlıqla mübarizə aparan, ictimai asayişi və vətəndaşlarımızın təhlükəsizliyini təmin edən polisi bu işdə əsassız olaraq "rüsvayçılıqda" ittiham edənlərin özləri rüsvay olunası ünsürlərdi".

Zahidov vurğulayıb ki, stadiona gətirilən "Şəhidlər ölməz, Vətən bölünməz" şüarına guya polislər tərəfindən sayğısızlıq göstərilib: "Yalan və böhtandır. Xalqımız yaxşı xatırlayır və bilir ki, doğma Qarabağda torpaqlarımızın, orada yaşayan vətəndaşlarımızın düşməndən müdafisinə ilk dəfə qalxan da, bu yolda ilk şəhidlər verən də məhz polis əməkdaşları olub. Yəni, şəhidlərimizin ölməzliyini, Vətənimizin bölünməzliyini Azərbaycan polisi öz əməli, öz xidməti ilə dəfələrlə sübut edib. Ona görə də onları şəhidlərimizin ruhuna, vətənimizin bütövlüyünə hörmətsizlikdə günahlandırmağın özü ən böyük günah və ədalətsizlikdir. Biz Azərbaycan polisi olaraq şəhidlərimizin müqəddəs ruhları qarşısında həmişə baş əymişik və bundan sonra da canımız-qanımız bahasına olsa belə, vətənimizin hər qarış torpağı uğrunda mübarizə aparmağa hazırıq".

Zahidov bildirib ki, əfsuslar olsun ki, hələ də orda-burda rast gəlinən üzdəniraq siyasət dəllallarının, dil pəhləvanlarının təsiri altına düşən bir qrup gəncimiz şəhidlərimizin, Vətənimizin müqəddəs adlarından siyasi məqsədlərlə istifadə olunduğunun fərqinə varmayıblar: "İnanırıq ki, siysi işbazların toruna düşən vətəndaşlarımız nəhayət ki, aldandıqlarını başa düşəcək, doğru yolda olmadıqlarını anlayıb lazımi nəticə çıxaracaqlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail