AFFA-dan "Bakı"ya dəlillərlə cavab - RƏSMİ

14.08.2014 | 4413 dəfə oxunub

Komitə tərəfindən Bakı Futbol Klubunun bəzi futbolçularına azad agent statusu verilməsi ilə bağlı məlumat yayıb. Stadium.az bu açıqlamanı diqqətinizə çatdırır:

AFFA tərəfindən aşağıdakı futbolçulara azad agent statusu verlib.

Əfran İsmayılov - 30.06.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 01.07.2013-cü il tarixdə  “Bakı” FK ilə  2 illik peşəkar müqavilə bağlamışdır. Müqavilə əsasında klub ona müvafiq məbləğdə əmək haqqının verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Futbolçu bildirmişdir ki, 2014-cü ilin fevral ayından etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq,  heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Əfran İsmayılov komitəyə müraciət edərək müqavilənin ləğv olunması və ona azad agent statusu verilməsini xahiş etmişdir. Komitə bu məsələ ilə bağlı kluba müraciət edərək futbolçunun müraciətinə münasibət bildirilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçunun əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq İsmayılov Əfran və “Bakı” FK arasında olan 01.07.2013-cü il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.

 

Rauf Əliyev - 30.06.2014-cü il tarixdə Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 01.01.2013-cü il tarixdə “Bakı” FK ilə 2 illik peşəkar müqavilə bağlamışdır. Müqavilə əsasında klub ona müvafiq məbləğdə əmək haqqının verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Futbolçu bildirmişdir ki, 2014-cü ilin fevral ayından etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Rauf Əliyev komitəyə müraciət edərək ona azad agent statusu verilməsini xahiş etmişdir. Komitə bu məsələ ilə bağlı kluba müraciət edərək futbolçunun məktubuna münasibət bildirilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçunun əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur.  Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq əsasnaməsinin 14-cü maddəsinə  əsaslanaraq Rauf Əliyev və “Bakı” FK arasında olan 01.01.2013-cü il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.

 

Namik Ələsgərov - 30.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 01.07.2012-ci il tarixdə “Bakı” FK ilə üç illik peşəkar müqavilə bağlamışdır. Müqavilə əsasında klub ona müvafiq məbləğdə əmək haqqının verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Futbolçu bildirmişdir ki, 2014-cü ilin əvvəlindən  etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Namik Ələsgərov komitəyə müraciət edərək müqaviləyə xitam verilərək ona azad agent statusu verilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçunun əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Namik Ələsgərov və “Bakı” FK arasında olan 01.07.2012-ci il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.

 

Şəhriyar Əliyev - 30.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 01.07.2012-ci il tarixdə “Bakı” FK ilə 3 illik peşəkar müqavilə bağlamışdır. Müqavilə əsasında klub ona müvafiq məbləğdə əmək haqqının verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Futbolçu bildirmişdir ki, 2014-cü ilin əvvəlindən etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Şəhriyar Əliyev  komitəyə müraciət edərək müqavilənin ləğv olunaraq ona azad agent statusu verilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçuya müvafiq məbləğdə əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci müaddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Şəhriyar Əliyev və “Bakı” FK arasında olan 01.07.2012-ci il tarixli müqavilənin ləğv olunması və futbolçuya “azad agent” statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.

 

Vadim Abdullayev - 10.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 11.02.2011-ci il tarixdə “Bakı” FK ilə qüvvədə olma müddəti 30.06.2014-cü ildə bitən 3 illik peşəkar müqavilə bağlamışdır. Futbolçu bildirmişdir ki, 2014-cü ilin əvvəlindən  etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Vadim Abdullayev komitəyə müraciət edərək müqavilənin ləğv olunaraq  ona “azad agent” statusu verilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçuya müvafiq məbləğdə əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Vadim Abdullayev və “Bakı” FK arasında olan 11.02.2014-cü il tarixli müqavilənin ləğv olunması və futbolçuya “azad agent” statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.

 

Vüqar Mustafayev - 16.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 20.07.2012-ci il tarixdə “Bakı” FK ilə peşəkar müqavilə bağlamışdır. Futbolçu bildirmişdir ki, 2014-cü ilin yanvar ayından etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Vüqar Mustafayev komitəyə müraciət edərək ona azad agent statusu verilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçuya müvafiq məbləğdə əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci müaddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Vüqar Mustafayev və “Bakı” FK arasında olan 20.07.2012-ci il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.

 

Elşən Rzazadə - 31.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 20.07.2012-ci il tarixdə “Bakı” FK ilə peşəkar müqavilə bağlamışdır. Futbolçu bildirmişdir ki, 2014-cü ilin əvvəlindən  etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Elşən Rzazadə komitəyə müraciət edərək ona “azad agent” statusu verilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçuya müvafiq məbləğdə əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanarq Elşən Rzazadə və “Bakı” FK arasında olan 20.07.2012-ci il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.

 

Məşqlərə görə kompensasiya

Məşqlərə görə kompensasiyanın ödənilməsi məsələsi ilə bağlı məlumat üçün bildirmək istəyirik ki,   AFFA-nın Oyunçuların Statusu və Transferi haqqında Əsasnaməsinin 3 saylı Əlavəsinin 2-ci maddəsi və FİFA-nın müvafiq əsasnaməsinin 4-cü əlavəsinin 2-ci maddəsinə əsasən məşqlər üçün kompensasiya aşağıdakı hallarda ödənilməlidir:

1. Oyunçu ilk dəfə peşəkar kimi qeydiyyatdan keçərsə və ya;

2. İki müxtəlif Assosiasiyanın klubları arasında futbolçunun transfer olunması baş verərsə.

AFFA-nın “Bakı” FK-ya maddi dəstəyi

AFFA “Bakı” FK-ya dəstək məqsədilə son üç ay ərzində klubun 55000 (əlli beş min) manat məbləğində kommunal xərclərini ödəmiş və klubun 2 əcnəbi futbolçusu olan Ruslan Levigaya görə 59975 (əlli doqquz min doqquz yüz yetmiş beş) və Tomash Tomovskiyə görə 78499 (yetmiş səkkiz min dörd yüz doxsan doqquz) ABŞ dolların məbləğində borcunu ödəmişdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail