«Qarabağ»ın oyunu niyə yayımlanmır və ya bizim 40 min avromuz yoxdumu? - YAZI

27.07.2011 | 5504 dəfə oxunub

Avropa Liqasının «Brügge» - «Qarabağ» matçının canlı yayımlanması məsələsi hələ də sual altındadır.

«Qarabağ»ın direktoru Əmrah Çəlikəl bir neçə gün əvvəl Qol.Az-a bildirmişdi ki, Belçika telekanallarından heç biri bu oyuna maraq göstərmədiyindən yayım məsələsində problem yaranıb.

Bu gün əldə etdiyimiz ən son məlumata görə, oyunun birbaşa göstərilib-göstərilməyəcəyi hələ də müəyyənləşməyib.

Məsələ burasındadır ki, Azərbaycan telekanalarından heç biri bu matçı canlı yayımlamaq üçün pul ödəmək fikrində deyil.

Əksinə, onlar belə bir şərt irəli sürürlər ki, yayıma görə klub özü pul ödəməlidir. Lakin normalda telekanallar özü yayıma görə klublara pul verir.

Hətta Azərbaycan dövlət televiziyası belə hökumətin ona ayırdığı puldan ayırıb «Qarabağ»ın oyununu canlı yayımlamaq fikrində deyil.

Bəs, yayıma görə, telekanallar nə qədər pul ödəməlidirlər?

Apardığımız araşdırma zamanı bəlli olub ki, əgər Belçika tərəfi matçı çəkərsə, o zaman Azərbaycan kimi UEFA-da reytinqi aşağı olan ölkələrə canlı yayım 10-15 min avroya başa gəlir.

Belçika telekanallarının oyuna maraq göstərmədiyini nəzərə alsaq, bu halda yayım məsələsini Azərbaycan tərəfi özü həll etməlidir. Bu halda isə qiymət bir qədər artır. Məsələ burasındadır ki, ölkəmizdən hansısa telekanal Avropa ölkələrindən birindən icarə qaydasında PTS və televiziya stansiyası olan kameralar icarəyə götürməlidir. Buna görə 20-25 min avro tələb olunur. Üstəgəl, meydan sahibi rolunda çıxış edən kluba və ya klubun teleyayım hüququnu alan şirkətə əlavə 10-15 min avro ödənilməlidir. Yəni Azərbaycan komandasının iştirakı ilə bir oyunun xərci maksimum 40 min avroya başa gələ bilər.

Nəzərə alsaq ki, iqtisadiyyatı gündən-günə dirçələn Azərbaycan üçün bu pul çox azdır, o zaman bu oyunun göstərilməsində maddi tərəfdən heç bir problem olmamalıdır.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin oyunundan fərqli olaraq, UEFA-da reytinqi yüksək olan Belçika kimi ölkələrdən yayıma görə daha çox pul tələb etmək olar.

Məsələn, Bakıda «Brügge»yə qarşı keçiriləcək oyunun yayımına görə Belçika tərəfindən ikiqat artıq gəlir götürmək mümkündür.

Yeri gəlmişkən, Belçika tərəfinin bu oyuna maraq göstərməməsi də səbəbsiz deyil.

Ekspertlərin fikrincə, bu məsələdə əsasən iki versiya rol oynaya bilər. Bunlardan birincisi, Avropadakı maliyyə böhranıdır. Belçika telekanallarının «Brügge» ilə «Qarabağ»ın oyununu almasında problem yoxdur. Amma məsələ burasındadır ki, həmin kanallar Azərbaycan təmsilçisiylə oyundan reklama görə pulu çıxara bilərmi?

Ehtimallara görə, bu oyuna telekanallardan daha çox reklamverici olan Belçika şirkətləri maraq göstərmirlər, bu səbəbdən telekanallar həmin oyunu yayımlamırlar.

Amma «Brügge» Avropanın nəhəng klublarından biriylə - deyək ki, «Milan» və ya «Barselona»yla qarşılaşarsa, təbii ki, o zaman Belçika kanalları bu oyunu yayımlamaq üçün dəridən-qabıqdan çıxardılar. 
 
Və nahayət, ikinci versiya, Belçikada erməni lobbisinin güclü olması ilə əlaqədardır.

Belçika telekanallarında ermənilərin az olmadığını nəzərə alsaq, mənfur qonşularımızın Qarabağın adını daşıyan komandanın iştirakıyla keçirilən oyunun yayımına əngəl törətdiyini ehtimal etmək olar.

Amma bir daha qeyd edirik, bütün bunlar yalnız versiyalardır.

İstənilən halda isə, Azərbaycan telekanallarından hansısa bu oyunu mütləq canlı yayımlamağa borcludular.

Hər halda söhbət 3-5 nəfərin deyil, milyonlarla azərbaycanlının istəyindən və ortada Qarabağ adının olmasından gedir.

Qol.Az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail