"Partizan"lı futbolçular yenə məşqə çıxmaqdan imtina etdi

15.08.2014 | 4265 dəfə oxunub

Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olan "Partizan" klubunda böhran davam edir. Stadium.az xəbər verir ki, Belqrad təmsilçisinin futbolçuları artıq üçüncü dəfə məşqə çıxmaqdan imtina ediblər.

Ötən gün rəhbərlik klubun baş məşqçisi Marko Nikoliç və kapitan Saşa İliçlə görüş keçirib. Həmin görüşdə tezliklə futbolçuların maaşlarının ödəniləcəyi ilə bağlı zəmanətin veriləcəyi gözlənilsə də, rəhbərlik oyunçulardan bir qədər də vaxt istəyib. 

Klub rəhbərliyi yaxın iki-üç gün ərzində borcların ödənilməsinin mümkün olmadığını, lakin transferlərdən və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqları təqdirdə əldə olunacaq gəlir hesabına futbolçuların maaşlarını verə biləcəklərini bildirib. Futbolçular isə maaşlarını almayana qədər boykotu davam etdirəcəklərini söyləyiblər.
 
"Partizan" klubu avqustun 21-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində evdə "Neftçi"ni qəbul edəcək. Bu komandalar arasında cavab qarşılaşması isə avqustun 28-də, Bakıda keçiriləcək. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail