"Bakı" AFFA rəsmilərinə haqlı olduğun sübut edir - ASSOSİASİYADA ALƏM QARIŞIB

15.08.2014 | 4889 dəfə oxunub

"Bakı" klubu istəyində israr edir. Stadium.az xəbər verir ki,  klub “Qarabağ”a gedən Namiq Ələsgərovla Şəhriyar Əliyev,  “Simurq”a keçən Vadim Abdullayevlə  Vüqar Mustafayev üçün konpensasiya almaqda sona kimi gedəcək. AFFA bu 4 futbolçuya azad agent status versə də, “Bakı” bunun səhv olduğun düşünür. AFFA futbolçulara azad agent statusun verdiyi zaman, klubun onlara əmək haqlarını vermədiyin əsas götürərək belə addım atıb. “Bakı” isə qarşı tərəfə rəsmi sənəd göstərir ki, futbolçulara kifayət qədər pul verilib. AFFA isə bu sənədlər qarşısında aciz qalaraq, “Qarabağ”la “Simurq”u razı salmağa çalışır ki, “Bakı”ya istədiyi pulu versinlər. Çünki burda səhvi məhz federasiya rəsmiləri edib. Çünki qərar qəbul olunan zaman “Bakı” tərəfindən heç bir soruşulmayıb. Bununla bağlı “Bakı”nın vitse-prezidenti Yaşar Seyidovun da fikirlərin öyrəndik. Yaşar müəllim AFFA-nın xətrinə dəyməsə də, haqlı olduqların bildirdi:

"İyulun 17-də OSTK-ya (Oyunçuların Statusu və Transferi Komitəsi) müraciət etdik. Ünvanladığımız məktubda sözügedən futbolçulara azad agent statusu verilməməsini xahiş etdik. Bu quruma futbolçuların müqavilə əsasında aldıqları vəsaitə dair sənədləri təqdim etməyə hazır olduğumuzu bildirdik. Bundan sonra daha bir analoji məktubla müraciət etdik. Bizə cavab verilmədi. Əvəzində avqustun 5-də bu futbolçulara azad agent statusu verdilər. Avqustun 6-da isə, yəni azad agent statusu verildikdən sonra, bizə OSTK-dan məktub daxil oldu ki, futbolçulara ödənilən maliyyə vəsaiti barədə sənədləri təqdim edək.

Aylıq maaşları 500 manatdı. On ay ərzində 5 min manat pul almalı idilər. Öz imzaları ilə 30 min manat almalarına dair sənədlər var.

Məsələni AFFA rəhbərliyi səviyyəsində həll edəcəyik. OSTK düzgün qərar çıxarmayıb. Əminik ki, məsələ xeyrimizə həll olunacaq və tələb etdiyimiz kompensasiyanı alacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail