Qurban Qurbanov: “Cumbinyonun olmaması bütün planlarımızı pozdu”

21.08.2014 | 3630 dəfə oxunub

Avropa Liqasının “play off” oyununda “Qarabağ” “Tvente”ylə ilk görüşdə qolsuz bərbaərliyə razı oldu. Stadium.az xəbər verir ki, oyunsonrası təşkil olunan mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin sualların cavablandırdı:

- Çox istədik qələbə qazanaq, alınmadı. Son bir həftəni Cumbinyoyla hazırlaşırdıq, amma o olmadı. Orta xətdə və hücum xəttində istədiklərimiz olmadı. Çox dəyişikliklərə əl atdıq, amma qol vura bilmədik. Bizi cavab oyununda daha maraqlı futbol gözləyir. Sizlər və azarkeşlər sağolsun. Şansımız yarı yarıyadır.

- Əvəzləmələriniz sizcə düzgün oldu?

- Cumbinyo zədəli idi deyə oynamadı. Əvəzləmələri düşündüyümüzdən tez etdik. İstədiklərimizi yerinə yetirə bilmədik. Bir neçə oyunçu verilən tapşırığı yerinə yetirməyəndə oyunda böyük dəyişiklik olur.

- Cumbinyo cavab oyununda olacaq?

- Bu hələ bilinmir.

- Riçard Almeydanın oyununa Cumbinyonun yoxluğu təsir etdi?

- Cumbinyonun yoxluğu bütün komandaya təsir etdi. Biz bir həftə ərzində onunla hazırlaşmışdıq. Onun zədələnməsi bütün planlarımızı pozdu.

- Qarşıda çempionatın daha bir oyunu var. Bu oyunu “Tvente”ylə cavab matçına qurban verəcəksiz?

- Biz başqa heyətlə hazırlaşırıq. Çünki meydana 5 yerli futbolçuyla çıxmalıyıq. İstərdim bu oyun təxirə salınsın. Komandada zədəli futbolçular var. Buna görə oyunumuz təxirə salınsa yaxşı olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail