Böyükağa Hacıyev: "Bakıda fərqli "Neftçi" olacaq"

22.08.2014 | 3986 dəfə oxunub

"Hər şeydən əvvəl sizləri təbrik edirəm. Amma bu cütün qalibinə avqustun 28-də aydınlıq gələcək".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının "play-off" mərhələsinin "Partizan"la ilk oyunundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bakıda meydana fərqli "Neftçi"nin çıxacağını bildirib: "Bu görüşdə 2:0 hesabı ilə irəlidə olmağımıza baxmayaraq, məğlub olduq. Futboldur. Ötən gün mətbuat konfransında demişdim ki, maraqlı oyunun şahidi olacaqsınız. Bir oyunda 5 qolun vurulması matçın necə gərgin keçməsindən xəbər verir. Bir neçə oyunçumuzun olmaması müdafiədə boşluqlar yaratmışdı. Bir həftə sonra Bakıda meydana fərqli bir "Neftçi" çıxacaq. Səfərdə vurulan 2 qol bizim xeyrimizə işləyəcək. "Partizan" vəziyyətdən çıxış yolunu hökmən irəli atılmaqda görəcək. Biz də çalışacağıq ki, bundan maksimum yararlanaq".

B.Hacıyev komandanın serbiyalı qapıçısı Saşa Stamenkoviçin səviyyəsindən aşağı çıxış etdiyini bildirib: "Saşa Stamenkoviç səviyyəsindən aşağı çıxış etdi. Ola bilsin, stadiondakı aura ona bir az mənfi təsir göstərdi. Ona görə avqustun 28-ini gözləyək. Həmin gün hər şeyə aydınlıq gələcək".

"Neftçi" və "Partizan" komandaları arasında cavab qarşılaşması avqustun 28-də, Bakıda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail