Ramin Musayevdən maraqlı açıqlama: "Belə isti havada Superkubok matçı keçirmək olar?"
Bir çox ölkənin futbol çempionatlarından fərqli olaraq, Azərbaycan Premyer Liqası Superkubok matçı ilə start götürməyəcək. Stadium.Az saytı xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. Musayev ötən mövsüm Unibank Premyer Liqasının qalibi olmuş "Neftçi" ilə NBC Bank Azərbaycan Kubokunun sahibi "Xəzər Lənkəran" arasında Superkubok matçının yeni mövsüm ərəfəsində baş tutmamasını 3 səbəblə əsaslandırmağa çalışıb:
"Birincisi, hər iki klub hazırda yeni mövsümə hazırlaşır. İkincisi, "Neftçi" və "Xəzər Lənkəran"ın oyunçuları Azərbaycan yığmasının Makedoniya ilə avqustun 10-da Bakıda keçiriləcək yoldaşlıq görüşünə də çağırıldıqlarından yorğun olacaqlar. Üçüncüsü, belə isti havada Superkubok matçı keçirmək olar?"
Lakin PFL prezidenti əsas səbəbi - "Neftçi" və "Xəzər Lənkəran"ın Çempionlar Liqası ilə Avropa Liqasındakı uğursuzluqla əlaqədar şokda olmalarını istisna edib. Hər halda o, hələ də Superkubok matçının təşkilinə çalışdığını bir daha diqqətə çatdırıb: "Çalışırıq ki, bu oyun baş tutsun. Hazırda klublarla danışıqlar aparırıq. Razılıq verilsə, bu oyun üçün vaxt tapmaq çətin deyil. Amma matçın mövsüm ərəfəsində təşkili alınmayacaq".
Azərbaycanda 2011-2012-ci il mövsümünə avqustun 6-da keçiriləcək Unibank Premyer Liqasının I turu ilə start veriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |