Ruslan Abışov: "Çalışacam ki, daha çox qol vurum"

25.08.2014 | 3679 dəfə oxunub

Premyer Liqamızın III turu “Qəbələ”nin mövsümdəki ilk səfər qələbəsi ilə əlamətdar olub. Stadium.Az xəbər verir ki, “Bakı” üzərində 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar”ın qarşılaşmadakı son qolunu komandanın vitse-kapitanı Ruslan Abışov vurub.

“Qəbələ”də 5-ci rəsmi matçına çıxan futbolçu ilk dəfə rəqib qapısına yol tapıb. Bununla da o, “Qəbələ”nin heyətində qol sevinci yaşayan 88-ci futbolçu olub.

Abışov “Bakı” ilə görüş haqda fikirlərini gabalafc.az saytına açıqlayıb: “Hava şəraiti isti olduğundan hər iki komandaya çətin idi. “Bakı”nın oyununa baxıb, yaxşı təhlil etmişdik. Rəqib gənclərdən təşkil olunub. Bizim üçün əsas olan nəticə idi. Qalib gəlməklə bunu da bacardıq. Birinci hissədə istədiyimizi tam həyata keçirə bilməsək də, fasilədən sonra təzyiqi artırıb, qələbə qazandıq”.

Dayaq yarımmüdafiəçisi olmasına baxmayaraq, Ruslan daha çox qol vurmaq arzusundadır:  Çox sevinirəm ki, “Qəbələ”də qol hesabımı açdım. Əvvəlki oyunlarda da topu rəqib qapısından keçirməyə çalışsam da, bu alınmırdı. “Bakı” ilə görüşdə də qol vurmaq üçün əlimdən gələni etdim. Amma bunu yalnız qarşılaşmanın sonralarında gerçəkləşdirə bildim. Sonda komanda yoldaşlarımın köməyi ilə bu qolu vurdum. Qarşıdakı matçlarda çalışacağam ki, daha çox qol vurmaqla “Qəbələ” azarkeşlərini sevindirim. Müdafiəçi, yarımmüdafiəçi və ya hücumçu olmağın heç bir fərqi yoxdur. Hər bir futbolçu çalışır ki, qol vursun. Bu sevinci yaşamaq çox xoşdur”.

Ruslan IV turun AZAL-la görüşündə ardıcıl qələbələrin sayını artırmaq iddiasında olduqlarını qeyd edib: “Qarşıdakı rəqibimiz AZAL olacaq. Əvvəlki matçlarda olduğu kimi yenə meydana qələbə üçün çıxacağıq. Son iki görüşdə qalib gəlmişik. Oyundan-oyuna daha yaxşı təsir bağışlayırıq. Ardıcıl 3-cü qələbəmizi qazanmaq istəyirik”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail