Konqolu futbolçu rəsmən AZAL-da!

26.08.2014 | 3020 dəfə oxunub

AZAL heyətinə daha bir futbolçu qatıb. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu hücumçu problemini həll etmək məqsədilə Freddi Mombonqo-Dues ilə anlaşıb.

Konqo Demokratik Respublikasının vətəndaşı ilə 2 illik müddətə anlaşma əldə olunub. Freddi Konqo DR-in paytaxtı Kinşasada doğulsa da, peşəkar futbolçu karyerası Belçika ilə bağlı olub. 2007-ci ildən Belçikada oynamış forvard peşəkar karyerasına bu ölkənin “Standard” klubunda başlayıb. Cəmi bir mövsüm burada oynayan Freddi 4 oyunda meydana çıxıb və fərqlənə bilməyib. Sonra Belçikanın ikinci dəstə təmsilçisi “Eupen”ə gedən 28 yaşlı futbolçu bu klubda 77 matçda forma geyinib və 30 qola imza atıb.

2011-ci ildə yenə ikinci liqada oynayan “Mons”a transfer olunan afrikalı cəmi 13 oyunda meydana çıxıb və rəqib qapılarına yola tapa bilməyib. 2012-ci ildən “Antverpen”in heyətində topa qovan hücumçu 37 oyunda 13 qol vurmağı bacarıb.

Xatırladaq ki, o, komandamızın yay “transfer pəncərəsi”ndə heyətinə qatdığı 11-ci futbolçu oldu. Daha öncə Asif Mirili, Stanislav Namaşko, Luis Ramos, Tomi Kostadinov, Con Enrike Kordoba və Eduardo da Konseysao Masiel ilə 2 illik müqavilə bağlamış, Novruz Məmmədov və Orxan Lalayevi “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni isə “Qarabağ”dan icarəyə götürmüşdük.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail